Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə258/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   254   255   256   257   258   259   260   261   ...   516
 

Şakir Musayev  

 

256



Ekspertin  əsas vəzifələrindən biri cinayət iştirakçısının 

ifadələrindəki elə əhəmiyyətli faktları qeydə almaqdır ki, bu faktları 

yalnız hadisənin birbaşa iştirakçısı  və ya birbaşa  şahidi olduğu 

hallarda görə bilərdi.  Əksinə, ekspert ifadələrdə elə neqativ halları, 

aşkar etməlidir ki, cinayət iştirakçısı onları bilməli idi. Əgər verdiyi 

məlumatlar həqiqətə uyğundursa, bilməməsi qeyri-mümkündür.  

Hadisənin qavranması mümkünlüyünün təyini üzrə eksperiment 

ekspertin mütləq iştirakını  tələb etmir və müstəntiq tərəfindən tək 

keçirilir. Təcrübələrin keçirilmə 

şərtləri və 

nəticələrini 

obyektivləşdirmək zərurəti yaranan hallarda çətinlik meydana çıxır. 

Məsələn; görmə sahəsini və mühitin səs ötürücülüyünü 

müəyyənləşdirdikdə). Belə hallarda müstəntiqə LOR, oftalmoloq və 

digər sahələrin mütəxəssislərinin köməyinə ehtiyac yaranır. 

İz törənmə mexanizmi və  şəraitinin (şərtlərinin) yoxlanılması 

üzrə  və müqayisəli nümunələr alınması  məqsədilə aparılan 

eksperiment öz məğzinə görə ekspert eksperimentinə yaxındır. Çox 

vaxt onun aparılmasına müstəntiq kriminalistika sahəsindən 

mütəxəssisləri və tibbi-kriminalistik və “MTE və PA” Birliyinin 

digər laborator bölmələrindən ekspertləri cəlb edir. Mütəxəssis 

qarşısında istintaqla verilmiş konkret şəraitlərdə bioloji mənşəli 

izlərin  əmələ  gələ bilməsini müəyyənləşdirmək məsələsi qoyulur. 

Eksperiment izlərin törənmə mexanizmi barədə ekspert nəticələrinin 

istintaq yoxlaması üsulu da ola bilər. 

Məhkəmə-tibbi təcrübədə başlıca olaraq qan izlərinin törənmə 

mexanizmini təyin etmək tələb olunur. Bir qayda olaraq, bu hallarda 

müvafiq ekspertiza keçirilir. Lakin bu məsələni istintaq eksperimenti 

keçirmək yolu ilə də həll etmək mümkündür.  

Dəfələrlə travmatik təsirdən zərərçəkənin bədənində çox saylı 

xəsarətlər  əmələ  gəldikdə qan izlərinin eksperimental təkrarlanması 

travmanın törənmə  şəraitinin aydın olmayan şübhəli hallarını 

yoxlamağa və  dəqiqləşdirməyə imkan verir. Məsələn, çox vaxt 

kriminal vəziyyətlərdə xarici qanaxmanın yaranmasına səbəb olan 

xəsarətlərin yetirilməsi zərərçəkənin yıxılmasından qabaq baş verdiyi 

müəyyən edilmişdir. Təhqiqat üçün zərərçəkənin yıxılmasından əvvəl 

qanaxma mənbəyi ola biləcək xəsarətlərin olmasını təsdiq və ya inkar 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin