Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə259/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   255   256   257   258   259   260   261   262   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

257



etmək çox vacibdir. Bu məqsədlə insanın pilləkəndən yıxıldığı 

hallarda iztörənmə  şəraitini öyrənmək üçün mövcud olan 

eksperimental metodikalardan istifadə etmək olar. Eksperiment 

biomanekendən və ya antropometrik manekendən istifadə edilməklə 

keçirilir. Xarici qanaxma mənbəyini təqlid etmək üçün manekenə 

geyindirilmiş paltara və ya bədəninin müəyyən nahiyəsinə -- başına, 

döş  qəfəsinə,  ətraflara (bədənin hansı hissələrinin xəsarətlərinin 

yıxılma nəticəsində əmələ gəlməsinə ekspertdə şübhə yaranmasından 

asılı olaraq) az miqdarda meyit qanı və ya boya maddəsi çəkilir. Bu 

yolla bioloji mənşəli digər ifrazatları, məsələn qusuntu kütləsini də 

təqlid etmək olar. Travma şəraitinin (şərtlərinin) rekonstruksiyası 

manekenin yıxılma  şərtlərini - hündürlüyü (düz səthdə, pilləkənin 

yuxarı, orta və ya aşağı sahəsində), bədənin vəziyyətini (üzü üstə, 

arxası üstə), start şəraitini (özbaşına yıxılma və ya surət verməklə 

yıxılma) və digər halları  dəyişməklə  həyata keçirir. Eksperiment 

nəticələrinin qiymətləndirilməsi, qan izlərinin xarakteri, 

lokalizasıyası, qarşılıqlı  vəziyyətini, onların hadisə yerində  aşkar 

edilmiş izlərlə  və meyitin müayinəsinin nəticələri ilə müqayisəsi 

əsasında aparılır. 

İztörənmə mexanizminin yoxlanılması ilə yanaşı  məhkəmə 

həkiminin eksperimentə  cəlb edilməsinə  səbəb, izlərin  əmələ 

gəlməsinin digər halları da ola bilər. Məsələn, onların törənmə 

müddəti, nə qədər müddətdə saxlanıla bilmələri, bu və ya digər xarici 

mühit amillərinin təsirindən izlərin mümkün ola biləcək dəyişiklikləri 

və sair.  

Bəzi hallarda məhkəmə həkiminin iştirakı ilə eksperiment travma 

alətinin hazırlanma prosesinin xüsusiyyətləri barədə, zəhərlənmədə 

istifadə olunan zəhərli maddələrdən qarışıqlarının hazırlanma 

texnologiyasını  və digər halları aydınlaşdırmaq məqsədilə 

təqsirləndirilən şəxsin ifadələrini yoxlamaq üçün keçirilir.  

İstintaq eksperimentinin keçirilməsi dövründə  məhkəmə-tibb 

ekspertinin fəaliyyət predmeti ola biləcək vəzifələrin və istintaq 

eksperimentinin  əsas növlərinin xarakteristikası belədir. Digər 

prosessual hərəkətlərdən fərqli olaraq istintaq eksperimentinin 

xüsusiyyəti canlandırılan hadisələrin və  həll edilən məsələlərin 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin