Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə265/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   261   262   263   264   265   266   267   268   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

263



amillərin rolunu şişirtmək, ikinci halda isə -- şübhəli, əsassız nəticələr 

əldə etmək təhlükəsi var. İstintaq eksperimenti və ifadələrin 

yoxlanılması gedişində dindirilmə keçirərkən yönəldici suallar 

vermək olmaz.  

Mütəxəssis bilməlidir ki, eksperiment şərtləri (şəraiti) yalnız 

müstəntiqin göstərişi və ya mütəxəssisin təşəbbüsü ilə deyil, eləcədə 

şübhəli 

şəxslərin (təqsirləndirilən 

şəxslərin), 

şahidlərin, 

zərərçəkənlərin və hal şahidlərinin müraciəti ilə  də  dəyişdirilə bilər. 

Şahid və hal şahidləri müəyyən bilikləri olduqda eksperimentdə, 

müşahidəçi rolu ilə məhdudlaşmayaraq, aktiv iştirak edə bilər. 

İstintaq hərəkəti iştirakçıların yerdəyişməsi, hərəkət etməsi ilə 

əlaqəli olduqda, məhkəmə-tibb eksperti ifadəsi yoxlanan şəxsin və 

müstəntiqin ardınca getməlidir. Qrupda elə bir hərəkət qaydası seçilir 

ki, mütəxəssis  şübhəli  şəxsin və  şahidin bütün danışdıqlarını  və 

göstərdiklərini aydın eşidə və görə bilsin.  

İstintaq eksperimentinin və ifadələrin yoxlanılmasının tərkib 

hissəsi onun keçirildiyi yerə, yeni aşkar edilmiş maddi sübut və izlərə 

baxış keçirilməsindən ibarətdir. Əgər istintaq hərəkəti gedişində qrup 

yerini dəyişirsə, mütəxəssis müstəntiqin göstərişi ilə  həmin 

yerdəyişmə üzrə, iştirakçıların göstərdiyi hər bir yerə istintaq olunan 

hadisənin hər-hansı bir mərhələsinin yeri kimi, diqqətlə baxış keçirir. 

Bu  əvvəllər müəyyən edilməmiş bioloji mənşəli izlərin, xəsarətlərin 

törənməsi ilə əlaqəli ola bilən predmetlərin, iş üçün əhəmiyyət kəsb 

edən tibbi və digər sənədlərin axtarışı, prosessual 

möhkəmləndirilməsi və götürülməsi üçün vacibdir. İstintaq 

hərəkətlərinin ritmini pozmamaq üçün sonra da baxış keçirmək olar.  

Sərbəst olaraq, müstəntiqin icazəsi olmadan, mütəxəssisin istintaq 

hərəkəti gedişinə müdaxilə etməsi, ona iş materiallarından məlum 

olan məlumatları yada salması istintaq hərəkəti nəticələrində 

əhəmiyyətli dərəcədə  əks oluna bilən ciddi səhv olar. Bu məsələni 

istintaq hərəkətinin planlaşdırılmasında və ya ilkin mərhələsində 

qabaqcadan müzakirə etmək lazımdır. Bütün təşkilatı  məsələlər 

müstəntiq tərəfindən həll edilir və müvafiq suallar meydana çıxdıqda 

qrup üzvləri ona müraciət etməlidir. 

 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin