Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə243/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   239   240   241   242   243   244   245   246   ...   516
 

Şakir Musayev  

 

238



--  zərərçəkənin bədənində  və paltarında və digər tərəfdən  ətraf 

mühit əşyalarında iz və zədələrin qarşılıqlı münasibəti barədə; 

--  güllənin uçuş yolunda konkret maneənin və xarici rikoşet 

şərtlərinin təyini barədə; 

--  xəsarətləri  şəxsin öz əli ilə yetirə bilməsinin mümkünlüyü 

barədə; 


Eksperimentə hazırlıq mərhələsində odlu silah mərmisinin növü 

və xüsusiyyətləri, patronun hazırlanma xarakteristikası, silahın 

xüsusiyyətləri (model, kalibr, lülənin və en kəsiyinin sayı, 

konstruksiya dəyişiklikləri və s.) barədə məlumatlar, atəş açıldığı yer 

və məsafə barədə, eksperimentin müxtəlif iştirakçılarının fikrinə görə 

atəşin sayı barədə məlumatlar aydınlaşdırılır.  

Bu sualların, hər  şeydən  əvvəl zərərçəkənlə silahın qarşılıqlı 

vəziyyəti, eləcə də odlu silah mərmisinin istiqaməti barədə sualların 

həll edilməsinin əsas metodu hadisə yeri mühitinin yenidən qurulma 

şəraitində məkanı nişan almasıdır. Bunun mənası ondan ibarətdir ki, 

zərərçəkənin bədənindəki yara kanalının (müəyyən pozada) vektoru 

əks istiqamətdə, yəni atəş açılan silaha doğru davam edir və odlu 

silah mərmisinin ehtimal olunan uçuş istiqaməti ilə uzlaşdırılır. 

Atəşin yaxın məsafədə nişan alınması istənilən uzunsov, düz xətt 

formalı  və qeyri-elastik əşyadan istifadə etməklə keçirilir. Atəşin 

uzaq məsafədən açıldığı hallarda isə bunun üçün sadə lazer 

şüalandırıcılardan, geodezik alətlərdən və ya sərt dartılmış kəndirdən 

istifadə olunur. Nişanlayıcının bir ucu silah lüləsinin en kəsiyinə

digər ucu isə odlu silah yarasının giriş  dəliyi yerləşdiyi nahiyyəyə 

bərkidilir. Silah lüləsinin istiqamətini, zərərçəkənin pozasını, 

maneənin olmasını  nəzərə alaraq, güllənin uçuş istiqamətinin 

müxtəlif variantlarda və  vəziyyətin eksperimental modellərində, 

zərərçəkmişin bədənindəki yara kanalının  əvvəllər təyin edilmiş 

istiqamətinə  nə  dərəcədə uyğunluğu müəyyən edilir. Bunlar uyğun 

gəlmədiyi halda, modelləşdirmə gedişində silah lüləsi köndələn 

oxunun zərərçəkənin bədənindəki giriş  dəliyinin yerləşdiyi yerlə  və 

yara kanalının istiqaməti ilə uyğunlaşdırılmasına çalışmaq lazımdır. 

Bu vaxt həmin mühitin həcmini, maneələri olmasını  və hadisə yeri 

mühitini bütövlükdə nəzərə almaq vacibdir.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin