Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə28/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

21



ilə  əlaqədar dövlət məhkəmə-ekspert idarəsi rəhbərinin idarəetmə 

fəaliyyətləri və müstəntiqlərin özləri tərəfindən məhkəmə tibbi 

biliklərin tətbiq edilməsi aiddir (sxem 2). Məhkəmə-tibbi biliklərdən 

istifadənin bu formaları məhkəmədə konkret cinayət işinə baxılarkən 

və ya konkret cinayət işinin istintaqında cinayət mühakimə icraatı ilə 

bilavasitə bağlıdır və yalnız Azərbaycan Respublikasının CPM-nin 

çərçivəsi daxilində həyata keçirilir.  

Belə hallarda xüsusi biliklərin ilkin, məhkəmə istintaqının hansı 

mərhələsinə  cəlb edilməsi və bilik sahiblərinin (ekspert və ya 

mütəxəssis) hansı prosessual statusa malik olmaları xüsusi əhəmiyyət 

kəsb etmir. Məhkəmə-tibbi fəaliyyətin qeyd olunan formaları «Dövlət 

məhkəmə ekspertiza fəaliyyəti haqqında qanun»da və CPM-də ətraflı 

şərh olunmuşdur. Qanun onların hər birinə ekspert və mütəxəssis 

işinin gedişi və  nəticəsi ilə müəyyənləşdirilmiş prosessual formalar 

təyin edir. Həmin formalara ekspert rəyi və istintaq hərəkətləri 

protokolu (baxış, dindirmə, tədqiqat, tanınmaya təqdim etmə  və s.) 

aiddir.  

Qanunla təyin olunmuş formalara əsasən cinayət mühakiməsi 

icraatında istifadə olunan xüsusi biliklərin prosessual 

nizamlanmasının iki üsulu vardır. Birinci üsul qəti amiranə kimi 

xarakterizə olunur və cinayət hadisəsinin tədqiqatına ekspertin 

(mütəxəssisin) mütləq qaydada cəlb edilməsini tələb edir. İkincisi 

könüllü üsuldur. Burada məhkəmə-tibbi ekspertizanın təyini imkanı, 

müstəntiqin və ya məhkəmənin mütəxəssis köməyinə müraciət etməsi 

qanunda nəzərdə tutulsa da, istintaqın məcburi  şərti sayılmır və 

konkret işin xüsusiyyətlərindən asılı olaraq yalnız zəruri hallarda 

həyata keçirilir. Qanunvericiliyin nizamlanması üsulundan asılı 

olaraq cinayət mühakimə icraatında məhkəmə-tibbi fəaliyyətin bütün 

formalarını iki qrupa - məcburi və könüllü qruplara bölmək olar. 

CPM-nin 264.2-ci maddəsinə görə  təhqiqatçı, müstəntiq, ibtidai 

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, 

mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə 

malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın 

təyin edilməsi zərurətindən azad etmir. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin