Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
19
mühakimə icraatının iştirakçısı kimi «ekspert» və «mütəxəssis»
anlayışlarına qanun çərçivəsində hüququ təyinat verilmişdir. CPM-
nin 97-ci maddəsində deyilir: «Ekspert elm, texnika, incəsənət və
digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə
qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı
əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini
həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin
rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir. Ekspert cinayət prosesi
iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə və ya
müdafiə tərəfindən dəvət oluna bilər. CPM-nin 96-cı maddəsində isə
mütəxəssis barədə deyilir: «Mütəxəssis cinayət prosesində şəxsi
marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual
hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə
sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək
göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən
təyin edilmiş şəxsdir. Yetkinlik yaşına çatmamış, zərər çəkmiş,
şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidin dindirilməsində
iştirak etmiş müəllim mütəxəssis hesab olunur. Mütəxəssis cinayət
prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə
bilər.
Göstərilənlərin təhlili ekspert və mütəxəssisin prosessual
statuslarında iki oxşar cəhəti göstərir. Birincisi - istər ekspert, istərsə
də mütəxəssis qanuna görə «xüsusi biliyə malik olan şəxslərdir».
İkincisi - onlar CPM-nin təyin etdiyi qaydada cinayət mühakimə
icraatında iştirak edir. Fərqləri isə başlıca olaraq onların
funksiyasında, istifadə etdikləri iş üsulunda, gördükləri işin
nəticələrinin tərtibi qaydasında və həmin nəticələrin prosessual
əhəmiyyətindədir.
|