Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
15
doğulmuşların yaşama qabiliyyəti, müxtəlif xəsarətlərin ağırlığı, kəllə
sümüklərinin travmatik zədələnməsinin təyinində bilikli şəxslərdən
istifadə olunması öz təsdiqini tapır. Eramızdan əvvəl 448-ci ildə
Romada tərtib olunan «12 cədvəl» sistemi məhkəmə prosesində
həkim rəyinin mütləqliyini əks etdirmişdir: məsələn, zorakı ölümün
və «qanuni» doğuşun müəyyən edilməsində həkimin vacib iştirakı
həmin cədvəldə əks olunmuşdur.
Birinci əsrdə (Adrianan dövründə, 76-138) Roma həkimləri
hamiləliyin maksimal müddətinin müəyyənləşdirilməsinə aid
qanunun hazırlanmasında iştirak etmişdir.
Hələ bizim eranın VI əsrində Yustinianın tərtib etdiyi (529-534)
məcəllədə istintaq zamanı sübut kimi göstərilən həkim rəyinin hadisə
şahidlərinin dediklərinə nisbətən üstünlüyü və vacibliyi qeyd
olunmuşdur.
1532-ci ildə Almaniyada V Karla yetirilmiş xəsarətlərdən sonra
baş verən ölüm, ümumalman «Qanunnaməsi»nin yaradılmasına
səbəb oldu. «Karolina» adlandırılan bu sənəddə zorakı ölüm, uşaq
ölümü, zəhərlənmələr, uşaq düşüyü kimi halların istintaqı zamanı
həkimlərin iştirakının vacibliyi bəyan olunmuşdur.
İstintaq zamanı əmələ gələn suallarla bağlı həkimə ilk müraciətlər
Rusiyada XVI-XVII əsrlər təsadüf edir. Rusiyada həkimləri istintaq
suallarının həllinə cəlb etməsini göstərən ilk qanunvericilik aktı kimi
Rusiya çarı I Pyotrun nəşr etdirdiyi hərbi nizamnaməni göstərmək
olar. Nizamnamənin 154-cü artikulunda müxtəlif hadisələrdə baş
verən ölümün səbəbinin dəqiq izahı və aydınlaşdırılması tələb olunur.
Burada həmçinin zorakı ölüm hallarında meyitin mütləq yarılmasına
göstəriş olunmuşdur.
1832-ci ildə Rusiya imperiyasının Qanunlar nizamnaməsi ilk dəfə
olaraq «xüsusi məlumatlara malik olan, elmdə, incəsənətdə və
peşədə» səriştəli xüsusi şahidlər və, «bilikli şəxslər» anlayışı qəbul
etmişdir. Bilikli şəxslər «hadisənin təhqiqatına və baxışa» cəlb edilir,
onların ifadələrinə isə müstəqil sübut mənbəyi kimi baxılırdı.
Əvvəllər, fəaliyyət göstərən qanunlar kimi Nizamnamə istintaq
orqanlarının və məhkəmənin yaranan suallarını həll etmək üçün cəlb
edilən bütün mütəxəssisləri «bilikli şəxslər» adlandırırdı. «Bilikli
|