Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
23
edilir. Məhkəmə tibbi biliklərin müstəntiq tərəfindən tətbiq edilməsi
də könüllüdür.
Məhkəmə-tibbi biliklərdən istifadənin prosessual formalarını əsas
və əlavə kimi iki qrupa bölmək olar. Əsas qrupa məhkəmə-tibb
ekspertizanın keçirilməsini (CPM, maddə 264, 265, 266, 267) və
ekspertin dindirilməsini (CPM, maddə 272), yəni birbaşa ekspertin
fəaliyyətini aid etmək olar. Digər (əlavə) formalardan fərqli olaraq
bunlar bilavasitə isbatı tələb edilən halların təyin edilməsinə gətirib
çıxarır və bu fəaliyyət nəticəsində sübutun müstəqil növü - ekspert
rəyi (CPM, maddə 127 və 271) və ekspert ifadəsi (CPM, maddə 272)
yaranır.
Cinayət mühakimə icraatında məhkəmə-tibbi biliklərdən
istifadənin əsas formalarından fərqli olaraq əlavə formaları onunla
səciyyələnir ki, ekspert (mütəxəssis) fəaliyyəti müstəqil yox yardımçı
xarakter daşıyır. Nəticələri isə ekspert mütəxəssis rəyi və onun
ifadələr kimi sübutların sərbəst mənbəyi halında obyektivləşmir.
Əlavə prosessual formalara bunları aid etmək olar (bax sxem 2):
• istintaq hərəkətlərində ekspertin iştirakı;
• istintaq hərəkətlərinin icrasında mütəxəssisin iştirakı;
• mütəxəssisin dindirilməsi;
• məhkəmə ekspertizasının təşkili ilə əlaqədar ekspert idarəsi
rəhbərinin prosessual fəaliyyəti;
• məhkəmə tibbi biliklərin müstəntiq tərəfindən tətbiq edilməsi.
|