Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə32/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   516
 

Şakir Musayev  

 

26



müayinələrin nəticəsinə  əsaslanaraq və öz xüsusi biliklərinə uyğun 

olaraq rəy tərtib edir. 

Ekspertə  hər hansı bir proses iştirakçısının və ya digər şəxslərin 

xeyrinə  rəy vermək məqsədilə  məhkəmə, hakimlər, təhqiqat 

orqanları, təhqiqat aparan şəxs, müstəntiq və prokurorlar, eləcə  də 

digər dövlət orqanları, təşkilat və ayrı-ayrı  şəxslər tərəfindən təzyiq 

edilməsinə yol verilmir. Ekspertə təzyiq edilməsində günahlandırılan 

şəxs Azərbaycan Respublikası qanunvericiliyinə görə  məsuliyyət 

daşıyır (D.M.E.F.H.Q. maddə 6). 

Müstəqillik prinsipi ekspertin prosessual sərbəstliyi ilə  təmin 

edilir. Cinayət mühakimə icraatının iştirakçısı kimi cinayət 

prosesində ekspertə geniş hüquqlar verilir. Obyektivlik, hərtərəflilik 

və tamlıq məhkəmə-ekspert fəaliyyətinin vacib tələblərdir. Ekspert 

yalnız elmə  və praktikaya əsaslanaraq, öz peşəsinə uyğun olaraq 

obyektiv, hərtərəfli və tam həcmdə müayinə aparmalıdır. 

Ekspertin obyektivliyinə onun müstəqilliyi və  işin yekununda 

marağının olmaması zəmanət verir. Ekspert ona təqdim edilmiş bütün 

obyektləri müayinə etməli və  təcrübədə  sınaqdan çıxmış  və  rəsmi 

məsləhət görülmüş lazımi metodikadan istifadə etməli, qarşısında 

qoyulmuş bütün suallara cavab verməli,  əgər cavab verə bilmirsə 

həmin suallara cavab verməkdən imtina etməsini əsaslandırmalıdır. 

Alınmış  nəticələrin  əsaslı  və doğruluğunun yoxlanılması 

ekspertizanı təyin etmiş şəxs və ekspert idarəsinin rəhbəri tərəfindən 

həyata keçirilir. Bu vaxt ekspert rəyində aparılan tədqiqatların 

nəticələri və  şərh edilmənin gedişinə, obyektlərin saxlanılma 

qaydalarının tələbinə, nəticənin  əsaslı olmasına, rəyin  əyani 

vasitələrlə tərtib edilməsinə fikir verilməlidir.  

Məhkəmə ekspertiza fəaliyyətinin  əsas məzmunu məhkəmə 

ekspertizasının təşkili və aparılmasıdır.  

Məhkəmə-ekspertizası konkret iş üzrə sübut əhəmiyyətinə malik 

olan faktiki halların müəyyənləşdirilməsi məqsədilə, təhqiqat 

orqanları, təhqiqat aparan şəxs, müstəntiq, prokuror, hakim və ya 

məhkəmə  tərəfindən ekspert qarşısına qoyulmuş  və  həlli üçün elm, 

texnika, incəsənət və ya sənətkarlıq sahəsində xüsusi bilik tələb edən 

suallar  əsasında ekspert rəyinin verilməsi və cinayət-prosessual 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin