Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə40/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   516
 

Şakir Musayev  

 

34



ayrı istintaq hərəkətlərini aparır və ya əməliyyat-axtarış  tədbirlərini 

həyata keçirir (CPM, maddə 214.3.4.); 

Cinayət işinin başlanmasından 10 gün keçdikdən sonra cinayət 

açılmamış qalarsa, cinayəti törətmiş  şəxsin müəyyən və  aşkar 

edilməsi, tutulması  və müstəntiqə  təhvil verilməsinə dair tədbirlər 

görür (CPM, maddə 214.3.5.); 

Məhkəməyədək sadələşdirilmiş icraat şəklində  təhqiqat 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-132, 174-

176, 177.1, 186.1, 187.1, 187.2, 196.1, 197.1 və 201.1-ci maddələri 

ilə  nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar 

cinayətlər üzrə aparılır (CPM, maddə 214.4.); 

Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək 

sadələşdirilmiş icraat şəklində  təhqiqat CPM-nin 293-297-ci 

maddələrində  nəzərdə tutulmuş müddəalara uyğun aparılır (CPM, 

maddə 214.5); 

Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək 

sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, 

bütün cinayət işləri üzrə ibtidai istintaqın aparılması  məcburidir 

(CPM, maddə 215.1.); 

Cinayət işləri üzrə ibtidai istintaq prokurorluq və Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanları  tərəfindən 

aparılır (CPM, maddə 215.2.). 

Təhqiqat orqanları  tərəfindən icraatında  şəxsiyyət  əleyhinə olan 

cinayətlərdən qəsdən sağlamlığa az ağır (CM, maddə 127) və qəsdən 

sağlamlığa yüngül zərərvurma (CM, maddə 128); döymə (CM, 

maddə 132), ehtiyatsızlıqdan sağlamlığa ağır və az ağır zərərvurma 

(CM, maddə 131); qanunsuz abort etmə (CM, maddə 141), həmçinin 

yol hərəkəti qaydalarının pozulması  və  nəqliyyat vasitələrindən 

istifadə zamanı ehtiyatsızlıqdan sağlamlığa ağır və az ağır zərərvurma 

(CM, maddə 263.1) ilə əlaqədar cinayət işlərinin icraatı aparıla bilər. 

Cinayət işlərinin bu kateqoriyası üzrə ilkin istintaqın keçirilməsi 

mütləq deyil və  təhqiqatçı istənilən istintaq hərəkətini keçirmək, o 

cümlədən məhkəmə tibbi ekspertizanı  təyin etmək hüququna 

malikdir.  İbtidai istintaqın aparılması vacib olan digər cinayət 

işlərində, təhqiqat orqanlarının müstəqil olaraq yalnız təxirəsalınmaz 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin