Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
43
qaydası müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən
edilir.
Ekspert və mütəxəssis işinin maddi ödənilməsi CPM-nin 97.6.7.
və 97.6.8-ci maddələrinə əsasən mümkündür. Bu norma, ekspertlərə
və mütəxəssislərə prosessual hərəkətlər aparılan yerə getmə və
yaşama (çağırış yerinə getmə və qayıtma qiyməti, kirayə tutma və
gündəlik xərcləri) ilə əlaqədar ödənilən xərcləri, həmçinin, xidməti
tapşırıq qaydasında yerinə yetirilən vəzifələr istisna olmaqla, cinayət
mühakimə icraatı gedişində yerinə yetirdikləri vəzifələrin
mükafatlandırılmasını prosessual ödənilən məbləğ kimi qəbul edir.
Qeyd olunan məbləğ təhqiqatçının, müstəntiqin, prokurorun və ya
məhkəmənin qərarı ilə ödənilir.
2000-ci ildə Azərbaycan Respublikasının dövlət məhkəmə
ekspertizası fəaliyyətinin qanunvericiliyində əsaslı dəyişikliklər baş
verdi. «Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında» Qanunun və
yeni Cinayət-Prosessual Məcəllənin qüvvəyə minməsi məhkəmə-
tibbi ekspertiza fəaliyyətinin yeganə ixtisaslaşdırılmış dövlət
məhkəmə-tibbi ekspertiza idarəsi olan Səhiyyə Nazirliyinin «MTE və
PA» Birliyi tərəfindən həyata keçirilməsini müəyyənləşdirdi. Dövlət
məhkəmə ekspertiza idarələrinin (məhkəmə-tibbi, məhkəmə
psixiatrik və məhkəmə narkoloji) fəaliyyətlərinin həmin Qanun və
Məcəllənin müddəalarının tələblərinə müvafiq olaraq düzgün və
dürüst uyğunlaşdırılması barədə Səhiyyə Nazirliyi tərəfindən
27.11.2000-ci il tarixdə 108 saylı əmr verildi:
Tibb müəssisələrinin rəhbərlərinə, Səhiyyə Nazirliyinin bütün baş
mütəxəssislərinə dövlət məhkəmə ekspertiza idarəsindən kənarda hər
hansı bir formada məhkəmə-tibbi müayinələr (ekspertizalar)
aparmaqla dövlət məhkəmə-ekspertiza idarəsinin fəaliyyətinin həyata
keçirməyi, məhkəmə ekspertiza idarəsinin rəhbərindən başqa hər-
hansı şəxsdən və ya orqandan məhkəmə-tibbi ekspertizanın
aparılması haqqında tapşırıq almağı, başqa idarənin əməkdaşı
qismində, həmçinin özəl ekspert kimi məhkəmə ekspertizası
fəaliyyətini həyata keçirməyi, ekspert rəylərini (aktlarını) ekspert
idarəsinin möhüründən başqa hər-hansı bir möhürlə təsdiqlənməsi
qadağan edildi; III instansiyada təkrari məhkəmə-tibbi ekspertizaların
|