Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə50/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

45



digər aşkar olunmuş iş şəraiti arasında ziddiyyətin olması, istintaqın 

gedişində  əvvəl verilmiş ekspert nəticələrinə  təsir edə biləcək yeni 

məlumatların aşkar olunması, aparılmış müayinələrin tam olmaması, 

təsdiq olunmamış metodikalardan istifadə, ekspert nəticəsi ilə tədqiqi 

hissənin uyğunsuzluğu, ekspertizanın təyin olunmasında, 

aparılmasında və ekspert rəyinin tərtib olunmasında  əhəmiyyətli 

cinayət-prosessual pozğunluqlarına yol verilməsi əsas olur. 

«Rəyin  əsaslandırılması» anlayışı ilə (ona şübhə olduqda təkrar 

ekspertizanın təyin olunmasına 

əsas verir), «nəticənin 

əsaslandırılması» anlayışını eyniləşdirmək düzgün deyil. Nəticənin 

əsaslandırılması  tələbi CPM-də öz əksini tapmışdır (maddə 267.4.). 

Səbəb göstərilmədikdə  və ya az olduqda, nəticənin natamam 

arqumentləşdirilməsi ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla 

bilər. 

İbtidai istintaq zamanı  əlavə  və  təkrar məhkəmə ekspertizalar 

CPM-nin  267-ci maddəsinə müvafiq qaydada təyin edilir. Müəyyən 

olunan hüquqi normaların məzmununa uyğun olaraq, əlavə və təkrar 

ekspertizaların təyin olunması, onların icrasına  əsas olsa belə, 

müstəntiq, təhqiqatçı və məhkəmə üçün mütləq deyil. 

Məhkəmə istintaqının gedişində  əlavə  və  təkrari ekspertiza 

məhkəmənin təşəbbüsü və ya tərəflərin vəsatəti ilə o halda təyin edilir 

ki, rəyin natamamlığı  və tam aydın olmamasını  və ekspert rəyləri 

arasındakı ziddiyyəti məhkəmə icraatı zamanı ekspertin və ekspert 

komissiyasının dindirilməsi yolu ilə aradan qaldırmaq mümkün 

olmur (CPM, maddə 331.3.). 

Məhkəmə ekspertizası növündən asılı olaraq, bir ekspert 

(təkbaşına) və ekspert qrupu (komisyon) tərəfindən aparıla bilər. 

Komisyon məhkəmə ekspertizanın keçirilməsi CPM-nin 265-ci 

və D.M.E.F.H.Q.-nun 19-cu maddələrində  nəzərdə tutulmuşdur. Bu 

ekspertiza eyni və ya müxtəlif ixtisas üzrə sayı iki nəfərdən az 

olmayan ekspertlər tərəfindən aparılır. Müxtəlif ixtisaslı ekspertlər 

tərəfindən aparılan ekspertiza kompleks statusu daşıyır (CPM, maddə 

266). Komisyon və kompleks ekspertizaların ümumi əlamətləri 

ekspertlər arasında aparılacaq tədqiqatların həcmi və ardıcıllığının 

razılaşdırılmasının vacibliyindən, komissiyanın hər bir üzvünün öz 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin