Şakir Musayev
46
səlahiyyəti çərçivəsində müstəqil və asılı olmadan tədqiqatlar
aparmasından ibarətdir. Kompleks ekspertizanın xarakterik
xüsusiyyətləri, onun icrasına müxtəlif ixtisaslı mütəxəssislərin cəlb
olunması ilə yanaşı, həm də komissiya qarşısında qoyulmuş sualların
həllinin heç olmazsa, bir hissəsinin komissiyanın ayrı-ayrı üzvlərinin
səlahiyyətindən kənara çıxmasından və (ya) müxtəlif ixtisaslı
mütəxəssislərin tədqiqatlarının nəticələrindən birgə istifadə
olunmasından ibarətdir.
Ekspertin «ixtisası» anlayışı CPM-də və D.M.E.F.H.Q.-da
verilmiş terminlər arasında yoxdur. Bu hal müxtəlif fikir ayrılığına, o
cümlədən ekspert komissiyasının tərkibini müəyyən edəndə
prosessual çətinliyə səbəb olur. Dolayısı ilə, «ixtisas» anlayışının
məzmunu haqda CPM-nin və D.M.E.F.H.Q.-nun bəzi maddələrinə
görə mülahizə yürütmək olar.
Cinayət-prosessual qanunun normaları «mütəxəssisi» və
«eksperti» «xüsusi biliyə malik şəxs» kimi müəyyən edir. Həmin
normalar mühakimə icraatının bu iştirakçılarının prosessual
statusunun fərqini isə iş üzrə ekspert təyin olunması (və ya
mütəxəssis qismində cəlb olunmasına) məsələlərinə və onların
funksiyalarının ayrılmasına yönəldir. CPM-nə görə «xüsusi biliyə
malik» şəxs kimi mütəxəssis və ekspert arasında fərq, yalnız hansı
prosessual məsələlərin həll edilməsinə birinin ya da digərinin təyin
olunmasındadır.
CPM «xüsusi biliklər» haqqında ümumi formada olsa belə,
«ixtisas» anlayışına ümumiyyətlə aydınlıq gətirmir. Mütəxəssis elə
xüsusi biliklərə malikdir ki, həmin biliklər ona müəyyən şəraitdə
müstəntiqin və ya məhkəmənin qərarına əsasən ekspertiza aparmağa
imkan verir. Dövlət məhkəmə-ekspert idarəsinin ştatlı ekspertləri də
CPM-nin 96-cı maddəsində göstərilmiş mütəxəssisin funksiyalarını
yerinə yetirə bilər.
CPM-də və D.M.E.F.H.Q.-da aydınlıq verilmədiyi üçün lüğətdəki
məlumatlara görə mütəxəssislərin eyni ixtisaslı olmasını elmin eyni
bir sahəsindən olmasına aid etmək olar. Bununla yanaşı, rəsmi
sənədlərdə, xüsusən, Səhiyyə Nazirliyinin əmrlərində «ixtisas»
haqqında digər məlumatlar nəzərdə tutulub. Səhiyyə müəssisələrində
|