Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə59/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   516
 

Şakir Musayev  

 

54



Ekspertin hüquqları CPM-nin 97.6 maddəsində və D.M.E.F.H.Q.-

nun 12-ci maddəsində əks olunmuşdur. Bundan başqa ekspertin ayrı-

ayrı hüquqları CPM-nin və D.M.E.F.H.Q.-nun digər maddələrində də 

göstərilmişdir. 

Ekspertin aşağıdakı hüquqları vardır: 

−  ekspertiza predmetinə aid olan iş materialları ilə tanış olmaq; 

−  rəy verilməsi üçün əlavə lazımi materialların təqdim 

olunması, prosessual hərəkətlərin aparılması barədə, öz qanuni 

maraq və hüquqlarını  təmin etmək barədə cinayət işi üçün məna 

kəsb edən halların müəyyən olunması üçün prosessual nəticələrin 

qəbul edilməsi barədə ekspertizanı  təyin edən orqan və ya şəxs 

qarşısında vəsatət vermək

−  dövlət məhkəmə ekspert idarəsinin rəhbəri və ekspertizanı 

təyin etmiş orqan və ya şəxs qarşısında ekspertizanın icrasına, əgər 

tədqiqatların aparılması  və  rəy verilməsi üçün vacibdirsə, digər 

ekspertlərin cəlb olunması barədə vəsatət qaldırmaq; 

−  təhqiqatı aparan şəxsin, müstəntiqin, prokurorun və ya 

məhkəmənin icazəsi ilə prosessual hərəkətlərdə  iştirak etmək və 

ekspert tədqiqatının predmetinə aid suallar vermək; 

−  öz səlahiyyəti daxilində  rəy vermək, o cümlədən məhkəmə 

ekspertizasının təyin edilməsi barədə qərarda qarşıya qoyulmamış, 

lakin predmetinə aid olan suallara dair rəy vermək; 

−  istintaq hərəkətlərinin və ya məhkəmə iclasının 

protokollarında onun rəy və ya ifadələrinin proses iştirakçıları 

tərəfindən düzgün qeyd olunmaması barədə  ərizə vermək, 

həmçinin istintaq hərəkətləri dəqiqləşdirilməsi və  əlavə edilməsi 

barədə iradlar etmək; 

−  məhkəmə ekspertizanı təyin etmiş orqan və ya şəxs, ekspertin 

hüquqlarını pozarsa, onların hərəkətləri (hərəkətsizliyi) barədə, 

qanunla müəyyən olunmuş qaydada şikayət vermək; 

−  məhkəmə iclasının gedişində  həll edilməsi üçün ekspert 

qarşısında qoyulacaq suallar barədə fikrini bildirmək; 

−  məhkəmənin və  tərəflərin suallarına cavab verilməsi üçün 

hazırlaşmaya vaxt verilməsi barədə vəsatət vermək





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin