Şakir Musayev
62
olunmuşsa, məhkəmə ekspertizasının aparılmasına yazılı razılığı bu
şəxsin qanuni nümayəndəsi verir (yetkinlik yaşına çatmayanın
valideynləri, qəyyum və ya himayəçiləri, övladlığa götürənlər,
himayəsində olduğu idarə və təşkilatın nümayəndələri - qanuni
nümayəndələridir). Ekspertizanın aparılmasına zərərçəkmişin və
şahidin razı olub-olmamasının yazılı təsdiqi qanunda nəzərdə
tutulmuşdur.
Bununla yanaşı, CPM-i zərərçəkmişin və şahidin məcburi
qaydada ekspertizasının aparılmasını müəyyən etmişdir. Zərərçəkmiş
məhkəmə-tibbi ekspertizaya sağlamlığa zərərvurma dərəcəsinin və
xarakterinin təyin olunmasının vacibliyi zamanı, zərərçəkmişin iş
üçün əhəmiyyətli halları düzgün qavramaq və o, ifadələr vermək
qabiliyyətinə şübhə yaratdıqda, iş üzrə əhəmiyyət kəsb edirsə, onun
yaşını təsdiq edən sənəd olmadıqda və ya onun düzgünlüyü şübhə
doğurduqda zərərçəkmişin yaşını təyin etmək üçün məcburi qaydada
göndərilir. Şahidin məcburi qaydada məhkəmə-tibbi ekspertizası
ancaq onun ifadəsinin doğruluğunun qiymətləndirilməsinə zərurət
yarandıqda aparılır. Belə hallarda ekspertizanın təyin olunması və
aparılması məcburidir.
Əgər şəxsin məcburi qaydada məhkəmə ekspertizasının
aparılması barədə prosessual qanunvericilikdə birbaşa göstəriş
yoxdursa, onda dövlət məhkəmə-ekspert idarəsinin bu şəxsin məcburi
qaydada məhkəmə-ekspertizasını aparmaq hüququ yoxdur
(D.M.E.F.H.Q. maddə 29).
Azərbaycan Respublikası MDB-nə daxil olan bəzi ölkələr ilə
vətəndaş, ailə və cinayət işləri üzrə hüquqi münasibət və hüquqi
yardım göstərilməsi barədə Konvensiyaya qoşulmuş və qəbul
olunmuş, bir sıra dövlətlərlə qarşılıqlı hüquqi yardım göstərilməsi
barədə ikitərəfli müqavilələr bağlanmışdır. Bu hüququ aktlarının hər
biri hüquqi yardım göstərilməsinin prosedura fərqlərini nəzərdə tutsa
da, müvafiq razılaşma və müqavilələrin əsasını cinayət işləri üzrə
qarşılıqlı hüquqi yardım göstərilməsi barədə Avropa Konvensiyası
(1959) və 1990-cı ilin 14 dekabrında BMT-nin Baş Assambleyasının
45-ci sessiyası tərəfindən qəbul edilmiş cinayət-ədalət məhkəməsi
sahəsində qarşılıqlı yardım haqqında müqavilə təşkil edir.
|