Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
65
ekspert və ya ekspert komissiyası tərəfindən imzalanır. Ekspert və ya
ekspert komissiyasının imzaları dövlət məhkəmə-ekspert idarəsinin
möhürü ilə təsdiqlənir (CPM, maddə 271.5; D.M.E.F.H.Q. maddə26).
Ekspert rəyinin illüstrativ materialları (foto şəkillər, sxemlər,
qrafiklər və s.) rəyə əlavə olunur və onun tərkib hissəsi sayılır.
Tədqiqatın gedişini, şəraitini və nəticələrini təsbit və əks etdirən
sənədlər dövlət məhkəmə ekspert idarəsində saxlanılır. Məhkəmə
ekspertizasını təyin etmiş şəxsin və ya orqanın tələbi ilə həmin
sənədlər işə tikilməsi üçün təqdim olunur (CPM, maddə 271;
D.M.E.F.H.Q. maddə 26).
Ekspert rəyini tərtib edərkən qanunla nəzərdə tutulmayan bütün
formaları, məsələn, laborator tədqiqatlar aparmış mütəxəssislərin
tərtib etdikləri müxtəlif növ «aktlar»ın rəyə əlavə olunmasına lüzum
yoxdur. Belə tədqiqatların aparılması zamanı çoxsaylı prosessual
pozuntulara yol verilir - onların icrası barədə ekspert idarəsinin
rəhbəri deyil, ekspert tapşırıq verir. Laborator üsullar tətbiq olunan
şöbələrin mütəxəssisləri öz vəzifələri, hüquqları və məsuliyyət
daşımaları barədə xəbərdarlıq edilmir, müqayisəli tədqiqat üçün
nümunələrin alınmasında prosessual qaydalara əməl olunmur.
Deməli, onların mənşəyinin etibarlılığı təmin edilmir. Göstərilənlərlə
yanaşı «akt» formasının özü prosessual qanunvericiliklə nəzərdə
tutulmayıb. Bu problemlər meyitin məhkəmə tibbi ekspertizası üçün
xarakterikdir.
Qanunun tələblərinin təmin edilməsi və prosessual pozuntulardan
qaçmaq üçün aşağıdakı məsləhətlərə əməl olunması vacibdir. Meyitin
məhkəmə tibbi ekspertizasının təyin olunması haqqında qərar konkret
ekspertə və ya hansısa şöbənin ekspertinə (şəhər, rayon) yox, ekspert
idarəsinin ünvanına göndərilməlidir (Səhiyyə Nazirliyinin Məhkəmə
Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə, Məhkəmə-
Psixiatrik Mərkəzə və s.). D.M.E.F.H.Q.-nun 10-cu maddəsinə
müvafiq olaraq dövlət məhkəmə ekspertinin ekspertizanın icra
edilməsi üçün tapşırığı dövlət məhkəmə ekspert idarəsinin
rəhbərindən almaq hüququ vardır. Bu hal, müstəntiqin və digər
proses iştirakçısının ekspertizanın icra olunmasına konkret
mütəxəssisin cəlb olunmasını tələb etmək hüququndan məhrum
|