Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə72/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

67



2.6. Ekspertizaların təyin olunması və 

keçirilməsi ilə bağlı cinayət prosesi 

iştirakçılarının hüquqlarının təminatları. 

 

Əvvəlki CPM ilə müqayisədə yeni qanunvericilikdə  məhkəmə 



ekspertizasının icrası ilə bağlı, cinayət mühakimə icraatı 

iştirakçılarının (ekspertizanı  təyin etmiş orqan və ya şəxs, 

zərərçəkmiş,  şübhəli, təqsirləndirilən, müqəssir  şəxslər və onların 

müdafiəçiləri,  şahidlər) vəzifələri və hüquqlarına zəmanət 

genişləndirilmiş  və  dəqiqləşdirilmişdir. Bu hüquqlar qanunun 

aşağıdakı normaları ilə həyata keçirilir: 

-  zərərçəkmiş 

və 


şahidlərə münasibətdə 

məhkəmə 


ekspertizasının könüllü qaydada icrası müəyyən edilmişdir

-  eksperti istintaq hərəkətlərində  iştirak etməsi üçün cəlb 

etdikdə, müstəntiq onun şəxsiyyətini təsdiq etməyə borcludur; 

-  ekspertizanı  təyin etməmişdən  əvvəl müstəntiq və ya 

məhkəmə ekspertə etirazın əsaslarının olmasını yoxlayır; 

-  məhkəmə, prokuror, müstəntiq, təhqiqatçı  və ya dövlət 

məhkəmə-ekspert idarəsinin rəhbəri ekspertə onun hüquqlarını  və 

məsuliyyət daşımasını izah edir, bu barədə ekspert iltizam verir və bu 

hüquqların həyata keçməsinin mümkünlüyünü təmin edir

-  ekspertizanın predmeti ekspertin xüsusi bilik (səlahiyyəti) 

çərçivəsinə aid olan hallarla, ekspertə  təqdim olunmuş materialların 

həcmi ilə məhdudlaşır; 

-  məhkəmə ekspertizasının aparılması zamanı ekspert 

müstəqildir, o məhkəmə ekspertizasını  təyin etmiş orqan və ya 

şəxsdən, işin nəticəsində maraqlı olan tərəflərdən və digər şəxslərdən 

asılı ola bilməz. Ekspert xüsusi biliyinə müvafiq, apardığı 

tədqiqatların nəticələrinə  əsaslanaraq rəy verir. Hər-hansı bir proses 

iştirakçısının və ya digər  şəxsin xeyrinə  rəy alınması  məqsədilə 

məhkəmənin, hakimin, təhqiqat orqanının, təhqiqat aparan şəxsin

müstəntiqin, prokurorun, eləcə  də digər dövlət orqanlarının, 

təşkilatların, birliklərin və ayrı-ayrı şəxslərin ekspertə təsir etməsinə 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin