Şakir Musayev
70
məhkəmə ekspertiza idarəsinin digər struktur şöbələrində keçirilməsi
barədə vəsatət vermək; ekspert kimi onların göstərdiyi şəxsi cəlb
etmək barədə vəsatət vermək, məhkəmə ekspertizasının təyin olunma
qərarına əlavə suallar qoyulması barədə vəsatət vermək, müstəntiqin
icazəsi ilə məhkəmə ekspertizasının icrasında iştirak etmək (ekspert
rəyi tərtib olunduqda, o cümlədən ekspertlərin nəticə ilə bağlı
müzakirələri aparıldıqda, proses iştirakçılarının iştirakına yol
verilmir, şəxsin soyunması ilə müşayiət olunan təhqiqatların
keçirilməsində, ancaq həmin cinsdən olan şəxslər iştirak edə bilər),
ekspertiza predmetinə aid ekspertə izahlar vermək (məlumatların
alınması ekspertin iştirakı ilə müvafiq şəxslərin dindiriləsi yolu
məqsədəuyğundur) və ekspertə suallar vermək (sadalanan şəxslərin
ekspertə ancaq məhkəmə iclasının gedişində ekspertin dindirilməsi
zamanı suallar verməyə hüququ vardır), ekspert rəyi ilə və ya rəy
verə bilməməsi barədə məlumatla tanış olmaq hüququ vardır;
- əgər
şübhəli və
təqsirləndirilən
şəxsin, onların
müdafiəçilərinin, zərərçəkmişin, mülki iddiaçı və mülki cavabdehin
vəsatət qaldırdıqları hallar iş üçün əhəmiyyət kəsb edirsə, onların
məhkəmə ekspertizasının təyin olunması tələbindən imtina etmək
olmaz;
- məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses
iştirakçılarının tədqiqatın gedişatına müdaxilə etmək hüququ yoxdur;
- ekspertin rəyi və ya rəy verə bilməməsi barədə məlumatı
müstəntiq, şübhəli şəxsə, təqsirləndirilənə və onların müdafiəçilərinə
təqdim edir; əgər məhkəmə ekspertizası zərərçəkmişin vəsatəti
əsasında zərərçəkmiş və ya şahid barəsində aparılmışsa, onda ekspert
rəyi onlara da təqdim olunur;
- müttəhim və onun müdafiəçisinin ekspertə etiraz vermək,
məhkəmə ekspertizanın təyin olunması qərarı və ekspert rəyi ilə tanış
olmaq hüququ var;
- dövlət məhkəmə-ekspert idarəsi dövlət, kommersiya və
qanunla qorunan digər sirləri olan məlumatların yayılmamasını təmin
edir;
- qarovul altında olmayan şəxsin, qanunvericilikdə nəzərdə
tutulmuş qayda və əsaslarda məhkəmə ekspertizasının aparılması ilə
|