Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə76/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

71



bağlı xərcləri ödəməsinə hüququ vardır. 

Bütün sadalanmış hallar cinayət mühakimə icraatı iştirakçılarının 

hüquq və qanuni maraqlarının təmin olunmasına zəmanət verir. 

Qanunvericilikdə xüsusi olaraq ekspertiza olunacaq şəxsin tibbi 

stasionara yerləşdirilməsi ilə  məhkəmə ekspertizaların aparılma 

şəraiti göstərilmişdir; 

Canlı şəxsin tibbi stasionara yerləşdirilməsi barədə qərarın qəbul 

edilməsi qaydası, ekspertizanın məcburi və ya könüllü qaydada 

aparılmasından asılıdır. Axırıncı halda, ekspertizanın təyin olunma 

qərarında və ya qərardadında stasionar müayinə olunacaq şəxsin 

(zərərçəkmişin və ya şahidin) yazılı razılığının olması göstərilməlidir. 

Qanun  şübhəli və  təqsirləndirilən  şəxsin tibbi stasionara 

yerləşdirilməsinə xüsusi şərtlər müəyyən etmişdir. Qarovul altında 

olmayan  şübhəli və ya təqsirləndirilən  şəxsin ekspertiza aparılması 

üçün tibbi stasionara yerləşdirilməsi haqqında qərarının verilməsi 

ancaq məhkəmənin səlahiyyətindədir. Lazımi hallarda məhkəmə 

iclası məhkəmə təbabəti sahəsindəki mütəxəssisin iştirakı ilə aparıla 

bilər. Qarovul altında olan şübhəli və ya təqsirləndirilən  şəxsin, 

xüsusi saxlama şəraiti yaradılmış tibbi stasionara yerləşdirilməsi 

məhkəmə-tibbi ekspertizanın təyin olunması haqqında qərar və ya 

qərardad  əsasında olur. Əgər stasionar müayinənin vacibliyi 

ekspertizanın icrası zamanı yaranarsa, şəxsin tibbi stasionara 

yerləşdirilməsi barədə ayrıca qərar çıxarılır. 

Məhkəmə-tibb ekspertizasına göndərilmiş şəxsin tibbi və ya digər 

müəssisəyə çatdırılması, məhkəmə ekspertizasını  təyin etmiş orqan 

və ya şəxs tərəfindən təmin edilir. 

Məhkəmənin, şəxsin tibbi stasionara yerləşdirilməsi barədə qərarı 

və ya qərardadı tibb müəssisənin rəhbərliyi üçün mütləqdir. 

Məhkəmə ekspertizası  və müayinə aparılacaq tibbi stasionarda 

müvafiq tədqiqatların aparılması üçün və ekspertizası aparılacaq 

şəxsin hüquqlarını  və qanuni maraqlarını  təmin etmək üçün şərait 

olmalıdır. Tibb müəssisənin rəhbərinin stasionar müayinənin 

aparılması üçün lazımi  şəraitin olmaması barədə müstəntiqə  və ya 

hakimə yazılı məlumat vermək hüququ vardır. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin