Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə79/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   516
 

Şakir Musayev  

 

74



Ekspert rəy verdikdən sonra rəyə aydınlıq və  dəqiqlik gətirmək 

məqsədilə onun dindirilməsi CPM-nin 272-ci və 332-ci maddəsinə 

uyğun olaraq ekspertin ifadəsini təşkil edir. Ekspertin ifadəsi iş üzrə 

müstəqil sübut kimi qəbul edilir. Ekspert əvvəl aparılmış tədqiqatlar 

əsasında rəyə aydınlıq və  əlavələr edir. Bütün bunlara əsaslanaraq 

ekspertin dindirilməsinə  məhkəmə ekspertizasının aparılması ilə 

yanaşı, cinayət mühakimə icraatında məhkəmə-tibbi biliklərdən 

istifadə edilmənin iki əsas prosessual formalarından biri kimi baxılır.  

Rəydə olan çatışmamazlıqların aradan qaldırılması, rəyə aydınlıq 

gətirmək və  əlavələr etmək ekspertin dindirilməsi yolu ilə mümkün 

olmursa, onda əlavə ekspertiza təyin olunur (CPM, maddə 267). 

Rəyin natamamlığı, ekspertizaya təqdim olunmuş bütün obyektlərin 

müayinə edilməməsi, nəticənin tərtib olunmasında alınmış nəticələrin 

hamısından istifadə edilməməsi, qarşıya qoyulmuş ayrı-ayrı 

suallardan birinə cavab verilməməsi və ya tam cavab verilməməsi 

formasında ola bilər (nəticənin özü isə şübhə doğurmur). Buna görə 

belə hallarda müstəntiq və ya hakim tərəfindən əlavə ekspertiza təyin 

edilir və ya olan çatışmamazlıqlar ekspertin dindirilməsi yolu ilə 

aradan qaldırılır. Lakin, əlavə ekspertizadan fərqli olaraq, ekspertin 

dindirilməsi yazılı verilmiş  rəyə aydınlıq və  əlavə etmək üçün yeni 

müayinələrin aparılmasına ehtiyac olmadığı hallarda aparılmır.  

Rəy tərtib edildikdən sonra yeni obyektlər aşkar olunursa, demək 

yeni tədqiqatlar aparılması vacibdir və CPM-nin 267-ci maddəsinə 

uyğun qaydada ekspertiza təyin edilir. Ekspertizanın icrası ilkin 

ekspertə və ya digər başqa bir ekspertə həvalə edilir. 

Ekspertin dindirilməsi müstəntiqin və ya hakimin öz təşəbbüsü 

ilə, cinayət mühakimə icraatının iştirakçıları  və ya məhkəmə 

araşdırması  tərəflərinin vəsatəti ilə aparılır (CPM, 272; 332-ci 

maddələr). CPM-nin 272.3 maddəsinin tələbinə uyğun olaraq rəy 

təqdim edənədək ekspertin dindirilməsi yol verilməzdir.  İbtidai 

istintaq zamanı  rəyə aydınlıq və  əlavələr edilməsinə ehtiyac 

yaranarsa, hakim ancaq rəy vermiş eksperti çağırmaq hüququna 

malikdir.  İbtidai istintaq zamanı  rəy vermiş ekspertin məhkəməyə 

çağırılması mümkün olmursa, hakim CPM-nin 331.3 maddəsinə 

uyğun olaraq ekspertiza təyin edə bilər. Bu halda ekspertiza, qarşıya 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin