Şakir Musayev
82
rəhbərliyi və nəzarəti altında, verdiyi tapşırıqlar çərçivəsində
işləyirlər.
«Ekspertin iştirakı» və «mütəxəssisin iştirakı» anlayışları arasında
fərqlər onların prosessual statusları arasında olan fərqlə bağlıdır.
Əgər mütəxəssisin fəaliyyəti tabeçilik xarakteri daşıyırsa, onun bütün
hərəkətləri hüquqi baxımdan müstəntiq tərəfindən ciddiliklə müəyyən
edilir. Qanunun ona vermiş olduğu hüquqlar çərçivəsində belə o,
ancaq müstəntiqin razılığı yaxud tapşırığı ilə fəaliyyət göstərir.
Ekspert isə iş üzrə eyni zamanda istintaq hərəkətlərində iştirak
etməklə, özünün prosessual sərbəstliyini və müstəqilliyini tam itirmir.
Ekspert təşkilati cəhətdən müstəntiqin göstərişlərinə tabe olsa da,
ekspert qanunun ona vermiş olduğu hüquqlarını saxlayır. İstintaq
hərəkətinin hazırlığı və gedişində öz xüsusi biliyi və fəaliyyət
predmeti çərçivəsində o iş materialları ilə tanış ola bilər, əlavə
materialların təqdim olunması barədə vəsatət verə bilər, ona verilmiş
tapşırıqlar çərçivəsindən kənara çıxa bilər və sairə.
İstintaq hərəkətinin gedişində ekspert və mütəxəssisin xüsusi
biliklərindən istifadə məqsədlərində də müəyyən fərqlər var.
Mütəxəssis başlıca olaraq, müstəntiqə istintaq hərəkətlərinin
hazırlığında və aparılmasında, müxtəlif izlərin və obyektlərin
axtarılmasında, istintaq hərəkətlərinin nəticəsinin fiksasiyasında elmi-
texniki köməyin göstərilməsində, müstəntiqə xüsusi məsələlər üzrə
məsləhətlər verilməsi və digər hallar üçün cəlb olunur. Ekspertin
prosessual hərəkətlərdə iştirakının əsas vəzifəsi isə müstəntiqə izlərin,
obyektlərin, əlamətlərin, istintaq olunan halların qarşılıqlı əlaqəsinin
olmasının aydınlaşdırılmasında, əvvəl müəyyən edilmiş istintaq və
ekspert məlumatlarının yoxlanılmasında və onlar arasında olan
ziddiyyətlərin aradan qaldırılmasında, sonrakı tədqiqatların
keyfiyyətli təşkil edilməsi üçün əlavə məlumatların və nəticələrin
aydınlaşdırılmasında köməklik göstərməkdir. Qeyd olunanlar ekspert
tərəfindən müstəntiqə elmi-texniki köməyin göstərilməsini istisna
etmir. Ancaq ekspertin fəaliyyətində bu funksiyalar, «mütəxəssis
iştirakı»ndan fərqli olaraq ikinci dərəcəli hesab olunur.
Nəhayət, daha da bir əhəmiyyətli fərq ondan ibarətdir ki,
mütəxəssisin fəaliyyəti istintaq hərəkətinin aparılması vaxtı ilə
|