Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə89/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   516
 

Şakir Musayev  

 

84



•  mütəxəssisin  şəxsiyyətinin doğruluğunun müəyyən edilməsi - 

mütəxəssisin  şəxsiyyətinin doğruluğu müstəntiq tərəfindən 

şəxsiyyət vəsiqəsi və digər sənədlər (xidməti vəsiqə) ilə müəyyən 

edilir; 


• cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq 

təhqiqatçının, müstəntiqin, prokurorun yaxud məhkəmənin 

mütəxəssisi çağırma proseduralarına əməl etmə; 

•  işin nəticəsində maraqlı olmamaq - müstəntiq tərəfindən 

mütəxəssisin  şübhəli, təqsirləndirilən, zərərçəkmiş  və cinayət 

mühakimə icraatının digər iştirakçıları ilə münasibətinin 

aydınlaşdırılması, onlardan və ya nümayəndələrindən xidməti və 

ya digər asılılığın müəyyən olunması ya da istisna edilməməsi 

yolu ilə həll olunur; 

•  vəzifələrinin yerinə yetirilməsindən imtina etmək və ya 

yayınmağa görə, eləcə  də prosessual hərəkətlərin aparılması 

qaydasına görə mütəxəssisin hüquqları, vəzifələri və  məsuliyyət 

daşıması ilə tanış olma - müstəntiq və ya məhkəmə  tərəfindən 

aparılır və mütəxəssisin şəxsi imzası ilə təsdiq olunur; 

•  İstintaq hərəkətinin icrasında iştirak etmək, yəni mütəxəssisin 

müəyyən prosessual formalara və öz funksiyalarının yerinə 

yetirilmə qaydalarına əməl etməsi; 

•  İstintaq hərəkətinin nəticələrinin, o cümlədən mütəxəssisin işinin 

nəticələrinin vahid prosessual forması kimi protokolunu tərtib 

etmək; 


•  Protokolla  tanış olmaq və mütəxəssis tərəfindən istintaq 

hərəkətinin protokolunu imzalamaq; 

•  İstintaq hərəkətinin digər iştirakçılarının prosessual hüquqlarına 

əməl etmək,  şərəf və  ləyaqətinə hörmət etmək, həyat və 

sağlamlığı üçün təhlükəsizliyi təmin etmək. 

Şəxsin iş üzrə mütəxəssis kimi fəaliyyətinin qanuni olması üçün 

sadalanan  şərtlər, CPM-nin müvafiq maddələrinin məzmunundan 

irəli gəlir. Bu tələblərə  əməl edilmədikdə  məhkəmə-həkimi 

prosessual mənada mütəxəssis sayıla bilməz və onun fəaliyyəti şübhə 

altına qoyula bilər (məsələn,  əgər istintaq hərəkətinin protokolu, 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin