Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə92/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

87



  təhqiqatçının, müstəntiqin, prokurorun və  məhkəmənin onun 

hüquqlarını  məhdudlaşdıran hərəkətlərindən (hərəkətsizliyindən) 

və qərarlarından şikayət vermək. 

Göstərilənlərlə yanaşı, mütəxəssisə  tərcüməçinin səlahiyyətli 

olmaması aşkar olunarsa, ondan etiraz etmək barədə vəsatət vermək 

hüququ verilmişdir. 

Mütəxəssis müstəntiqin çağırışına mütləq gəlməlidir (CPM, 

maddə 96.4.1.). Belə ki, prokurorun, təhqiqat orqanlarının, 

təhqiqatçının qanunun onlara verdiyi hüquqlar daxilində istənilən 

tələbi (o cümlədən çağırış), tapşırığı  və sorğusu bütün müəssisələr, 

təşkilatlar, vəzifəli  şəxslər və  vətəndaşlar tərəfindən icra edilməsi 

mütləqdir. 

CPM-nin 96-cı maddəsinə görə mütəxəssisin prosessual 

hərəkətlərdə  iştirak etməkdən o hallarda imtina etmək hüquq vardır 

ki, özü lazımi biliyə malik olmamasını, yaxud etiraz üçün əsasların 

olmasını hesab edir. O, çağırışda iştirak edə bilməməsi barədə 

bildirmək üçün mütləq gəlməlidir. Yaxud müstəntiqlə razılaşdırılaraq 

ona prosessual hərəkətdə  iştirak etməməsi barədə  əsaslandırılmış 

imtina göndərməlidir. 

İbtidai istintaqın gedişində mütəxəssisin çağırılma qaydaları 

qanunla tənzimlənmişdir.  Şəxs mütəxəssis qismində mühakimə 

icraatı iştirakçılarının məhkəməyə çağırılması üçün nəzərdə tutulmuş 

ümumi qaydada CPM-nin 85.4.3. maddəsinin tələblərinə  əməl 

etməklə çağırılır.  Sadalanan normalar məhkəməyə çağırış 

prosedurasını bildiriş yaxud göndəriş  vərəqəsi ilə müəyyən edir. 

Qanunvericiliyə  əsasən, tərəflər ilkin dinləmənin aparılmasının 

başlamasına 7 gündən az olmayan müddətdə xəbərdar olunmalıdırlar; 

CPM-nin 298-ci maddəsinə  əsasən isə  məhkəmə iclasının vaxtı, 

tarixi, yeri barədə onlar başlanmaya 7 gün qalmış 

məlumatlandırılmalıdırlar. Bildiriş  vərəqəsində adətən kimin 

çağırılması, hansı qisimdə çağırılması, hara gəlməsi, gəlmə saatı  və 

günü, o cümlədən gəlməməyinin nəticələri göstərilir. 

Bu qayda, mütəxəssisin çağırılmasına zərurət yaranan hallarda da 

tətbiq olunur. Lakin, vacib hallarda, məsələn, təxirəsalınmaz istintaq 

hərəkətlərinin icrası zamanı (meyitə baxış,  şəxsin müayinəsi və s.), 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin