Şakir Musayev
88
mütəxəssislə razılaşaraq telefonoqram, teleqram və ya digər rabitə
vasitəsi ilə təcili çağırılmasına yol verilir. Təcrübədə belə qayda
“M.T.E. və P.A.” Birliyinin ştatlı əməkdaşı olan mütəxəssisinə və ya
iş üzrə əvvəl ekspert təyin edilmiş şəxsin istintaq və ya məhkəmə
hərəkətlərində iştirakı tələb olunan hallarda tətbiq olunur.
Göründüyü kimi, prosessual hərəkətlərdə mütəxəssisin iştirakı
üçün iş üzrə ekspertin təyin edilməsi üçün qərar çıxarılması, eləcə də
ekspert müəssisəsinin rəhbəri tərəfindən ekspertə müvafiq tapşırıqlar
verilməsi tələb olunursa, çağırış üsullarında məhkəmənin və
müstəntiqin səlahiyyətləri ciddi məhdudlaşdırılmayıb. Çağırış şifahi
və ya yazılı, təcili və ya vaxtında, şəxsən və ya mütəxəssis işlədiyi
idarənin rəhbəri tərəfindən həyata keçirilir. Mütəxəssisin vəzifələri,
iştirak edəcəyi istintaq hərəkətinin məzmunu göndərilmiş çağırışda
yazılı surətdə qabaqcadan bildirilməsi daha səmərəlidir. Bu üsul ən
çox mütəxəssisin hüquqlarına əməl olunmasına təminat verir, onun
öz işini əvvəlcədən planlaşdırmağa və hazırlaşmağa imkan yaradır.
Məsələn, qarşıya qoyulmuş məsələlərin onun səlahiyyətinə aid
olmaması və ya lazımi biliklərinin və təcrübəsinin olmaması
səbəbindən iştirak edə bilməyəcəyi barədə vaxtında məlumat verir.
Qanunvericiliyə əsasən, istənilən prosessual hərəkətlərdə
(ekspertizanın icrası istisna olunmaqla) bilikli şəxs həm mütəxəssis,
həm də ekspert kimi iştirak edə bilər. Bu zaman aşağıdakı variantlar
mümkündür:
• İstintaq hərəkətinə (məsələn, ifadənin yoxlanılması və ya
dindirilmə) iş üzrə əvvəl ekspert təyin edilmiş və həmin iş üzrə
məhkəmə-tibbi ekspertiza aparan şəxs mütəxəssis kimi cəlb olunur;
• İş üzrə əvvəl ekspertiza yerinə yetirmiş, yoxlanılması yaxud
dəqiqləşdirilməsi tələb olunan faktlar və hallar yerinə yetirilmiş
ekspertiza predmetilə və əvvəl verilmiş rəylə əlaqəsi olan hallarda
prosessual hərəkət mütəxəssisin iştirakı ilə aparılır;
• Yeni halların baxılmasına zərurət yarandığı zaman;
• İş üzrə əvvəl iştirak etməmiş mütəxəssisin iştirakı ilə istintaq
hərəkətinin icrası.
Ekspertin iş üzrə istintaq hərəkətinə cəlb edilməsi, məhkəmə
ekspertizasının təyin olunması barədə əvvəl çıxarılmış qərar
|