Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə94/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

89



çərçivəsində  və yaxud ekspertə prosessual hərəkətdə  iştirak etməsi 

barədə müvafiq tapşırıq verilməsi ilə  həyata keçirilir. Bu halda, 

istintaq hərəkəti ekspertizanın icrası ilə eyni zamanda həyata keçirilir 

və bəzən ekspertizanın bir mərhələsini təşkil edir. Burada prosessual 

hərəkətin məqsədi ekspertin qarşısında qoyulmuş sualların həlli ilə 

birbaşa bağlıdır. Belə halda istintaq hərəkətinin icrasına və ekspertin 

iştirak etməyə cəlb olunmasına müstəntiqdən əlavə heç bir prosessual 

tərtibat tələb olunmur. 

İkinci variantda, prosessual hərəkətdə iştirak etməyə iş üzrə əvvəl 

ekspertiza yerinə yetirmiş  və ekspertizanın icrası başa çatdıqdan 

sonra bu iş üzrə ekspertin prosessual statusunu formal itirmiş 

mütəxəssis cəlb edilir. Bu halda onun hüquqları istintaq hərəkətinin 

gedişində müstəntiqin qərarı ilə, iş üzrə ekspert üçün nəzərdə 

tutulmuş hüquqların hesabına genişləndirilə bilər. Mütəxəssisin 

çağırışı şifahi və ya telefonoqram ilə həyata keçirilir. İş materialları 

ilə  əlavə tanış olmağın vacibliyi meydana çıxarsa, müstəntiq bu 

məsələni həll edir. Cinayət prosesində mütəxəssis bu hüquqlara malik 

olmasa da, müstəntiqin sərbəst olaraq müvafiq qərar qəbul etmək 

hüququ vardır. Hal-hazırda bu təcrübə geniş tətbiq olunur. 

Əgər istintaq hərəkəti yeni aşkar olunmuş və buna qədər ekspertə 

məlum olmayan hallar üzrə baxılmasının vacibliyi ilə bağlı aparılırsa, 

yaxud əgər istintaq hərəkətlərində iştirak etməyə iş üzrə əvvəl iştirak 

etməmiş mütəxəssis cəlb edilirsə, iş başqa hal alır. Aydındır ki, 

ekspert qismində yeni şəxsin və ya mütəxəssisin cəlb edilməsi faktiki 

əsasların dəyişilməsinə  bərabər olmaqla və ayrıca sənəd tərtib 

etməklə müvafiq prosessual qanuniləşdirmə  tələb edə bilər: - 

mütəxəssisin rəsmi çağırılması, bir sıra prosessual hərəkətlər, 

müqayisəli tədqiqatlar üçün nümunələrin götürülməsi,  şəxsin 

müayinəsi və bir sıra prosessual hərəkətlər mütləq qaydada qərar 

çıxarılmasını tələb edir. 

Qərarda müəyyən olunmalı  və yoxlanılmalı hallar, bu halların 

mümkünlüyü və doğruluğunun müəyyən edilməsi  şərtləri dəqiq və 

tam təsvir edilməlidir. 

Əgər istintaq hərəkətinin icrasına iş üzrə  əvvəl iştirak etməmiş 

mütəxəssis cəlb edilirsə, onun hüquqları ekspertin hüquqları ilə 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin