Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə91/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   516
 

Şakir Musayev  

 

86



laborator tədqiqatlar üçün götürülmüş obyektlərin və nümunələrin, 

qablaşdırılmanın xarakteri və hara göndərilməsi  ətraflı  təsvir 

edilməlidir. Akt təhqiqatçı və ya müstəntiq tərəfindən imzalanmalıdır 

(əgər o tədqiqat və ya şəxsin müayinəsində  iştirak etmişsə). 

Qanunvericiliyin tələblərinə uyğun olaraq təşrih zamanı hal 

şahidlərinin iştirakı  (əgər ona istintaq baxışının davamı kimi 

baxılırsa), mütləq deyil. 

Mütəxəssisin prosessual statusu onun hüquqları, vəzifələri və 

onların yerinə yetirilməməsi ilə bağlı qanunla nəzərdə tutulmuş 

məsuliyyət daşıması ilə müəyyən edilir. Bu mənada cinayət 

prosesində mütəxəssisin prosessual vəziyyəti ilə ekspertin statusu 

arasında fərq vardır. 

Ekspertin geniş  və  dəqiq müəyyən edilmiş hüquqlarından fərqli 

olaraq, mütəxəssisin hüquqları son vaxtlara qədər məhdudlaşdırılmış 

və qanunda ümumi qaydada göstərilmişdir. Qanun mütəxəssis 

tərəfindən çəkilmiş xərclərin ödənilməsi və xidməti tapşırıqdan kənar 

yerinə yetirilmiş  işə görə mükafatlandırılmasını  nəzərə almasaq, 

faktiki olaraq mütəxəssisin hüquqlarını cinayət mühakimə icraatında 

sübutların aşkar olunması, təsbit edilməsi və götürülməsi ilə bağlı 

məlumatlar verməsinin mümkünlüyü ilə müəyyən edir. 

Məhkəmə-tibbi mənbələrdə mütəxəssisin prosessual vəziyyətinə 

dair məlumatlar olduqca azdır. Son illər cinayətlərin istintaqında 

elmi-texniki biliklərin, müasir texniki vasitələrin və informasiya 

texnologiyasının rolunun obyektiv artma prosesi yeni CPM-də öz 

əksini taparaq mütəxəssisin səlahiyyətləri konkretləşdirilmiş  və 

genişləndirilmişdir. 

CPM-nin 96.6-cı maddəsinə  əsasən mütəxəssisin aşağıdakı 

hüquqları var: 

  əgər o müvafiq xüsusi biliklərə malik deyilsə, cinayət işinin 

icrasında iştirak etməkdən imtina etmək; 

  təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmənin icazəsi 

ilə istintaq hərəkəti iştirakçılarına suallar vermək; iştirak etdiyi 

istintaq hərəkəti protokolu ilə tanış olmaq, yazıların tamlığına və 

düzgünlüyünə dair protokola əlavələr etmək;  





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin