Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
85
qanunun tələbi pozulmaqla tərtib edilmişsə, əgər icrası zamanı digər
iştirakçıların hüquqlarının pozulmasına yol verilibsə və s.).
İş materiallarındakı hər hansı bir sənədin (arayışlar, yoxlama və
təftiş aktları, tibbi karta və digər sənədlər, o cümlədən meyitin
məhkəmə-tibbi müayinə aktı və ya şəxsin şəhadətləndirilməsi aktı)
müəllifinin iş üzrə mütəxəssis kimi cəlb edilməsinə, yəni proses
iştirakçısı olmasını qəbul etməyə əsas vermir. Mütəxəssisin
səlahiyyətinə şübhə olmadıqda belə, əgər qanunla müəyyən edilmiş
qaydada mütəxəssisin hüququ, vəzifələri və məsuliyyət daşımasının
izah edilməsi faktı şəxsi imza ilə təsdiq edilməmişsə, istintaq
hərəkətinin protokolu onun iştirakı ilə tərtib olunmamışsa, onun hər
hansı bir prosessual statusundan danışmaq olmaz.
Bu baxımdan, yeni CPM problemlərin müəyyən hissəsini həll
edərək ekspertə onun iş üzrə mütəxəssis kimi, əvvəlki iştirakından
asılı olmayaraq iştirak etməyə icazə verir. Belə ki, ekspertin
mütəxəssis kimi işdə əvvəlki iştirakının düzgün prosessual
qanuniləşdirilməsi vacib şərtdir. Təcrübədə məhkəmə-tibbi
tədqiqatların və müayinələrin aparılması və onların nəticəsinə görə
müayinə aktlarının tərtib edilməsi CPM-nin tələblərinə uyğun gəlmir.
Cinayət işində müvafiq sənədlərin olması faktı və həmin sənədlərdəki
tədqiqatları aparmış şəxs birmənalı mütəxəssis kimi qəbul edilmir.
Əksinə, əgər sonradan həmin «mütəxəssis» iş üzrə ekspert təyin
edilərsə, bu tərəflərə formal olaraq onun hazırkı iş üzrə nəticəsində
maraqlı olması qənaətinə gəlməyə imkan verəcək ki, bu da CPM-nin
97-ci maddəsinə görə ekspertin kənarlaşdırılması üçün əsasdır.
Göstərilən ziddiyyətin həll edilməsinin mümkün olan bir variantı
“M.T.E. və P.A.” Birliyi tərəfindən meyitin və digər obyektin
ekspertizası istintaq baxışında, ekshumasiyada və digər hərəkətlərdə
iştirak etmiş şəxsə, yəni ekspertizanın icrası əvvəl mütəxəssis
qismində cəlb edilmiş şəxsə həvalə edilir. Digər mümkün yol -
məhkəmə-tibbi müayinə aktına prosessual status verilib müvafiq
istintaq hərəkəti - meyitə baxış və ya müayinə protokoluna əlavə
edilməsidir. Akt tərtib edərkən bütün prosessual tələblərə əməl
edilməlidir. CPM-nin 96-cı maddəsinə əsasən hüquqları və
vəzifələrinin izah edilməsi barədə mütəxəssisin imzası, əlavə və
|