Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
83
məhdudlaşaraq, onun qurtarması ilə eyni vaxtda başa çatır. Ekspertin
istintaq hərəkətində iştirakına isə şərti olaraq icra edilən məhkəmə-
tibbi ekspertizanın bir mərhələsi kimi baxmaq olar.
Bütün göstərilən fərqləndirici xüsusiyyətlər və məhkəmə
həkiminin özünəməxsus prosessual statuslarının olması, «ekspertin
iştirakı»na və «mütəxəssisin iştirakı»na cinayət mühakimə icraatında
istintaq və məhkəmə hərəkətlərinin aparılmasında məhkəmə-tibbi
biliklərdən istifadə olunmanın əlavə prosessual formaları kimi ayırd
edilməsinə əsas verir. Meyitə baxış, ekshumasiyanın keçirilməsində
və şəxsin müayinəsində iştirak qanuna görə mütləqdir. Mütəxəssisin
(ekspertin) prosessual hərəkətlərdə iştirakının digər formaları isə
müstəntiq üçün həmişə könüllüdür. Onların cəlb olunması haqqında
qərarı o konkret işin xüsusiyyətlərindən asılı olaraq qəbul edir.
Mütəxəssis qanunvericiliyin müəyyən etdiyi qaydada istintaq
hərəkətlərinin iştirakına cəlb edilərək, predmetlərin və sənədlərin
aşkar olunması, təsbit edilməsi və götürülməsi, cinayət işi
materiallarının tədqiqində texniki vasitələrdən istifadə edilməsi,
ekspert qarşısında sualların qoyulması, həmçinin öz peşəkar
fəaliyyəti daxilində
tərəflərə
və
məhkəməyə sualların
aydınlaşdırılmasında kömək göstərilməsi üçün xüsusi biliyə malik
olan şəxsdir. (CPM, maddə 96).
Mütəxəssis, ekspert kimi cinayət prosesinin iştirakçısıdır və
müəyyən prosessual statusa malikdir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
normaları, o cümlədən, məhkəmə təbabəti və hüquq elmi
mənbələrinin analizi, mütəxəssisə cinayət prosesinin iştirakçısı kimi
və cinayət mühakimə icraatında onun xüsusi biliklərindən istifadə
olunması üçün onun qarşısında bir sıra tələblər qoyur. Mütəxəssisin
fəaliyyətinin qanuni olması şərti və ya həmin tələblər aşağıdakılardan
ibarətdir:
• səlahiyyətlilik, yəni şəxsin, insan fəaliyyətinin hər hansı məhdud
sahəsində xüsusi biliyə və bu biliklərin tətbiq olunması üçün
praktiki vərdişlərə malik olması - müstəntiq tərəfindən sənədli
şəhadətnamələr və mütəxəssisin əsas iş yerini nəzərə alaraq təyin
edilir;
|