4.1. Ekspertin və mütəxəssisin
prosessual hərəkətlərdə iştirakı.
Cinayət mühakimə icraatında məhkəmə-tibbi fəaliyyətin vacib
əlavə prosessual forması ekspertin və ya mütəxəssisin prosessual
hərəkətlərdə iştirakıdır (bax sxem № 2).
Ekspert idarəsinin rəhbəri və məhkəmə-tibb ekspertləri
(mütəxəssislər) istintaq hərəkətlərinin təşkilinin və aparılmasının bir
sıra vacib prosessual aspektlərini bilməli və nəzərə almalıdırlar ki,
müvafiq protokollarda əksini tapmış sübutların qəbul olunmasının
şərtlərindən biridir.
Yeni CPM-də cinayət mühakimə icraatı üçün «prosessual» və ya
«istintaq» hərəkətləri terminlərinin xüsusi əhəmiyyətli olmasına
baxmayaraq, onlara aydınlıq verilməmişdir. Ədəbiyyatlarda «istintaq
hərəkətləri» terminlərinin anlayışı müstəntiqin dəlilləri toplamasının,
tədqiqatının, qiymətləndirilməsinin və istifadə etməsinin cinayət
prosessual qanunvericiliyi tərəfindən reqlamentləşdirilmiş fəaliyyəti
başa düşülür.
Qanunvericilik prosessual hərəkətləri, istənilən istintaq, məhkəmə
yaxud CPM-də nəzərdə tutulmuş digər hərəkətlər kimi müəyyən edir.
Məhkəmənin qərarı və ya prokurorun sanksiyasının tələb olunduğu
hallar istisna olunmaqla istintaqın istiqaməti, o cümlədən istintaq və
digər prosessual hərəkətlərin aparılması barədə qərarları müstəntiq
özü sərbəst qəbul edir və onların qanuni və vaxtında aparılması üçün
tam məsuliyyət daşıyır.
Cinayət prosessual qanununda təxirəsalınmaz və digər istintaq
hərəkətləri, kriminalistikada isə ilkin və sonrakı istintaq hərəkətləri
ayırd edilir. Təxirəsalınmaz hərəkətlər dedikdə cinayət işi
qaldırıldıqdan sonra təhqiqat orqanları tərəfindən aparılan və ibtidai
istintaqın aparılması mütləq olan hərəkətlər başa düşülür. Onların
|