Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə82/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

77



Ekspertin suallara özünün yazılı cavab verməsi, onun fikrinin dəqiq 

və düzgün ifadə olunmasına və müstəqilliyinin əlavə təminatına şərait 

yaradır. 

Dindirilmənin sonunda protokol ekspertə oxunması üçün təqdim 

olunur. Protokol ekspertin xahişi ilə müstəntiq tərəfindən oxuna bilər. 

Dindirilmə protokolunun ekspertin özü tərəfindən oxunması daha 

məqsədəuyğun hesab olunur. Protokola əlavələr və dəqiqləşdirilmələr 

etmək barədə ekspertin vəsatəti təmin edilməlidir. İfadə ilə tanış olma 

və onun yazılmasının düzgünlüyünü ekspert protokolun sonunda və 

hər səhifəsində imza etməklə  təsdiq edilir. Protokolun dəqiqləşməsi 

və ona əlavə olunan bütün izahlar ekspert tərəfindən imza edilməklə 

təsdiqlənməlidir. Dindirilmə protokolunu imzalamaqdan imtina 

etmək, CPM-nin 230.7 maddəsinə müvafiq qaydada aparılır.  İlk 

növbədə, protokolu imza etməkdən imtina etmiş ekspertə imtina 

etmənin səbəblərini izah etmək imkanı verilməlidir və protokola 

əlavə olunmalıdır.  Bu  da  qarşıya qoyulmuş suallara ekspertin öz əli 

ilə cavab verməsinin üstünlüyünü göstərən daha bir arqumentdir. 

Məhkəmə icraatında ekspertin dindirilməsi yazılı  rəyin elan 

olunmasına səbəb olur (CPM, maddə 331.12). Hakimdən başqa 

ekspertə prosesin tərəfləri də sual verə bilər. Bu zaman birinci olaraq, 

kimin təşəbbüsü ilə ekspertiza təyin olunmuşsa, həmin tərəf sualları 

verir (CPM, 331.5 maddə). Ekspertə  həmçinin iclas iştirakçıları da 

suallar verə bilərlər. Ekspertə suallar həm də  sədrlik edən vasitəsilə 

tərtib olunub yazılı  şəkildə verilir. Həmin suallar təqdim olunmuş 

ittihama aid olmadıqda, ekspert cavab verməkdən imtina edilə bilər 

(CPM, maddə 97.4.2.). 

Lazım gələrsə, hakim suallara cavab verilməsinə hazırlıq üçün 

ekspertə vaxt verir (CPM, 331.11 maddə). Prokurorun və ya 

müdafiəçinin vəsatəti ilə, məhkəmə ekspertin dindirilməsini 

təkrarlaya bilər (CPM, maddə 322.2). Ekspertin hakimin və ya 

tərəflərin suallarına cavab vermə (yazılı  və ya şifahi) forması 

qanunda göstərilməyib. Məhkəmə iclasının gedişinin katib tərəfindən 

mütləq qaydada protokollaşdırılması, ekspertin suallara yazılı şəkildə 

cavab verməsi mümkünlüyünü istisna etmir. Ekspertin rəyi yazılı 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin