Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə81/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   516
 

Şakir Musayev  

 

76



ekspert CPM-nin  270.1.6 maddəsinə uyğun olaraq əvvəlcədən bilə-

bilə yalan rəy verməyə  və bilə-bilə yalan ifadə verməyə görə CM 

297-ci maddəsinə ilə məsuliyyət daşıması barədə xəbərdarlıq edilir və 

buna görə ondan iltizam alınır. 

Cinayət məsuliyyəti daşıması barədə izahlar olan məlumat, 

ekspertin suallara cavabları CPM-nin 230-cu maddəsinə müvafiq 

olaraq dindirilmə protokoluna qeyd olunur. Ekspertə verilmiş suallar 

əvvəl aparılmış ekspertiza çərçivəsindən kənara çıxmamalıdır və 

əvvəl tədqiq olunmuş hadisə  şəraiti ilə  məhdudlaşmalıdır. Digər 

dindirilən şəxslər kimi, ekspert də sənədlərdən və qeydlərdən istifadə 

etmək hüququna malikdir. Ekspert, cinayət işi aparılan dili bilmirsə, 

Azərbaycan Respublikasının dövlət dilində və ya özünün bildiyi digər 

dildə ifadə vermək hüququ var (CPM, maddə 230.3). CPM-nin 230.2 

maddəsinə müvafiq digər dindirilən  şəxslər kimi, ekspertin ifadəsi 

birinci  şəxs tərəfindən və imkan daxilində  hərfi  şəkildə yazılır. 

Suallar və onların cavabları dindirilmənin gedişinə uyğun fiksə 

olunur. Protokola bütün suallar, o cümlədən ekspertin cavab 

verməkdən  əsaslandırılmış imtina etdiyi suallar da yazılır.  Əgər 

ekspertin dindirilməsi gedişində maddi sübutlar və  sənədlər təqdim 

olunmuşsa, digər istintaq hərəkətləri səsləndirilmişsə, audio, video 

materiallar, istintaq hərəkətlərinin çəkilişi göstərilmişsə, bu barədə 

protokolda müvafiq qeydlər aparılmalıdır. Bu zaman ekspertin ifadəsi 

və  məlumatları da protokolda əks olunmalıdır.  Əgər dindirilmənin 

gedişində fotomateriallar, audio-video qeydiyyat, kinoçəkiliş 

aparılmışsa, protokolda həmin fotomateriallar, audio-video 

qeydiyyat, kinoçəkiliş barədə, texniki vasitələri, onların aparılma 

şəraiti, audio-video qeydiyyatın, kinoçəkilişin dayandırılma vaxtı və 

səbəbi, bu qeydiyyat və  çəkilişlərlə bağlı ekspertin bildirdikləri, 

protokolun düzgünlüyünü təsdiq edən ekspertin və müstəntiqin 

imzaları protokolda olmalıdır. Dindirilmə zamanı ekspert tərəfindən 

müəyyən sxemlər,  şəkillər, diaqramlar tərtib oluna bilər ki, bunlar 

protokola  əlavə olunmaqla, protokolda bu barədə müvafiq qeydlər 

aparılmalıdır. 

CPM-nin 230.4 maddəsinə uyğun olaraq ekspertin qarşıya 

qoyulmuş suallara öz əli ilə yazılı cavab vermək imkanı verilir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin