Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
91
göstərilir, belə ki, CPM-nin 237.2 maddəsi tələb edir ki, ekshumasiya
məhkəmə-tibb ekspertinin iştirakı ilə aparılmalıdır.
Qanun müstəntiq və ya məhkəmə tərəfindən prosessual
hərəkətlərə iştirak etməsi üçün cəlb olunan mütəxəssislərin sayına
məhdudiyyət qoymur. Qarşıya qoyulmuş sualların xüsusi ilə
mürəkkəb olduğu, bu məsələlərin həllinin kompleks xarakter daşıdığı
və qarşıdakı işin həcminin böyük olduğu hallarda mütəxəssislər
qrupunun cəlb edilməsi məqsədə müvafiqdir. Bir neçə mütəxəssisin
iştirak etdiyi halda onların hər biri sərbəstdir və başqalarından heç bir
asılılığı yoxdur.
Çağırışa gələn mütəxəssis istintaq hərəkətinin icrasında mütləq
iştirak etməlidir. O xüsusi biliklərindən və vərdişlərindən istifadə
etməklə müstəntiqə predmetlərin və nümunələrin aşkar olunması və
götürülməsində, texniki vasitələrin tətbiqində köməklik
göstərməlidir.
Lakin, CPM mütəxəssisi bu vəzifələrdən azad edən və konkret
şəxsin işdə iştirakını istisna edən bir sıra hallar nəzərdə tutur.
Mütəxəssis barəsində belə hallar CPM-nin 96.6 maddəsində
göstərilmişdir. Mütəxəssis aşağıdakı hallarda istintaq hərəkətinin
icrasında iştirak edə bilməz:
• əgər o, ekspert kimi iştirakı istisna olunmaqla, hazırkı iş üzrə
digər qisimdə iştirak edirsə (zərərçəkmiş, mülki iddiaçı və ya mülki
cavabdeh, şahid, onların nümayəndəsi və s.);
• əgər o hazırkı cinayət işi iştirakçılarından hər hansı birinin
qohumudursa;
• əgər o tərəflərdən və ya onların nümayəndələrindən xidməti
yaxud
• digər formada asılıdırsa;
• onun səlahiyyəti olmaması aşkar olunarsa;
• əgər mütəxəssisin işin nəticəsində birbaşa və ya dolayısı ilə
maraqlı olduğuna əsas verən digər hallar olarsa.
Göstərilən halların aydınlaşdırılması - müstəntiqin, təhqiqatçının
və məhkəmənin səlahiyyətlərinə aiddir. Bunun üçün o, istintaq
hərəkəti başlanmazdan əvvəl, mütəxəssisin şəxsiyyətini və
|