Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə97/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   516
 

Şakir Musayev  

 

92



səlahiyyətli olmasını təsdiqləyir, hazırkı cinayət işi üzrə iştirakçılara 

qarşı münasibətini aydınlaşdırır, etiraz üçün digər  əsasların olub-

olmamasını müəyyənləşdirir. Göstərilən  əsaslar gec müəyyən 

edilərsə, mütəxəssisə  şübhəli və  təqsirləndirilən  şəxs, müdafiəçi, 

dövlət ittihamçısı, mülki cavabdeh, mülki iddiaçı  və onların 

nümayəndəsi tərəfindən etiraz edilə bilər. Ekspertdən fərqli olaraq

mütəxəssisin özü-özünü etiraz etməsi qanunda nəzərdə tutulmayıb. 

Lakin yuxarıda göstərilən prosessual əsaslar olduqda mütəxəssis bu 

barədə  dərhal prosesdə  iştirak etmək üçün cəlb edən idarənin 

rəhbərinə yazılı surətdə bildirməlidir.  

Məhkəməyə qədər icraatda mütəxəssisdən etiraz edilməsi barədə 

qərarı  təhqiqatçı, müstəntiq və prokuror qəbul edir. Məhkəmə 

icraatının gedişində isə cinayət işinə baxan məhkəmə yaxud 

məhkəməyə sədrlik edən hakim qərar qəbul edir.  

Əgər mütəxəssis və ekspertdən etiraz üçün əsaslar çox hallarda 

uyğun gəlirsə, hüquqi məsuliyyət baxımından onların prosessual 

vəziyyətləri kifayət qədər fərqlidir. Ekspertdən fərqli olaraq, 

mütəxəssis sərbəst sübut əhəmiyyətli hər hansı faktı müəyyən etmir. 

Müstəntiqin suallarına yazılı rəy vermir və onun çoxlu şifahi fikirləri 

ilkin xarakter daşıyır və əvvəlcədən bilə-bilə yalan rəy verməyə görə 

məsuliyyət daşımır. Mütəxəssis proses iştirakçısı kimi, CM-nin 297-

ci maddəsinə  əsasən məsuliyyət daşıması barədə  xəbərdar olunmur. 

Bundan başqa, öz vəzifələrinin icrasından imtina etməyə  və ya 

yayınmaya görə mütəxəssis heç bir cinayət məsuliyyəti daşımır. 

Lakin üzürsüz səbəbə görə çağırışa gəlməmə hallarında mütəxəssisə, 

ekspertə olduğu kimi, prosessual məcburiyyət tədbirləri tətbiq oluna 

bilər. Gətirilmə üçün əsas və qayda, yəni iş üzrə mütəxəssisin 

məcburi gətirilməsi, ekspertə münasibətdə olduğu ilə uyğundur. 

CM-də mütəxəssisin maddi sübutu qəsdən xarab etməsinə yaxud 

məhv etməsinə görə  məsuliyyət daşıması haqqında göstəriş yoxdur. 

Bu hal mütəxəssisin bütün hərəkətlərini mütləq müstəntiqlə 

razılaşaraq aparması və onun rəhbərliyi altında işləməsi ilə bağlıdır. 

Mütəxəssis eyni zamanda, cinayət prosesinin digər iştirakçıları 

kimi mütəxəssis də CM-nin 96.4.9 maddəsinə görə ibtidai istintaq 

məlumatlarını yaymağa görə  məsuliyyət daşıyır. Çox vaxt aşkar və 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin