Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə100/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

95



ekspertiza apara bilməz.  Şübhəsiz ki, xüsusi biliyə malik şahidin 

ifadəsi işdə maraqlı şəxs olmamaq şərti ilə istintaq yaxud məhkəmə 

üçün xüsusi əhəmiyyətlidir. Lakin onun ifadələri prosessual formada 

xüsusi biliklərin cəlb olunması ilə xüsusi ciddiliklə, diqqətlə 

yoxlanılmalıdır.  

   



 

Şakir Musayev  

 

96



4.3. Məhkəmə ekspert idarəsinin 

rəhbərinin prosessual fəaliyyəti. 

 

Ekspertiza prosesində məhkəmə-ekspert idarəsinin rəhbəri xüsusi 



şəxsdir.  

 CPM-də ekspert idarəsinin rəhbərinə cinayət mühakimə 

icraatının iştirakçısı kimi baxılmır. Onun vəzifələri və hüquqları 

«Dövlət məhkəmə-ekspertizasının fəaliyyəti haqqında» Qanunda 

hərtərəfli, təfərrüatı ilə öz əksini tapmışdır. 

D.M.E.F.H.Q.-nun 10-cu maddəsinə  və CPM-nin 269-cu 

maddəsinə əsasən ekspert müəssisəsinin rəhbəri borcludur: 

•  məhkəmə ekspertizasının təyin olunması barədə qərarı yaxud 

qərardadı aldıqdan sonra həmin idarənin ekspertləri sırasından zəruri 

biliyə malik olan və qoyulmuş suallara cavab verə bilən konkret 

ekspertə və ya ekspert komissiyasına ekspertizanın aparılması barədə 

tapşırıq vermək; 

•  ekspertizanın konkret ekspertə (ekspert komissiyasına) 

tapşırılması barədə müstəntiqi məlumatlandırmaq; 

•  ekspertə yaxud ekspert komissiyasına CPM-nin 269-cu 

maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmək; 

•  məhkəmə ekspertizasını  təyin etmiş  şəxsin yaxud orqanın 

tapşırığı ilə, eksperti bilə-bilə yalan rəy verməyə görə CM-nin 297-ci 

maddəsi ilə  məsuliyyət daşıması haqqında xəbərdar etmək, ondan 

müvafiq iltizam almaq və ekspert rəyi ilə birlikdə  məhkəmə 

ekspertizasını təyin etmiş şəxsə yaxud orqana göndərmək; 

•  məhkəmə ekspertizalarının aparılma müddətinə, aparılan 

tədqiqatların tamlığına və keyfiyyətinə ekspertin müstəqilliyi 

prinsipini pozmadan nəzarəti təmin etmək; 

•  tədqiqatlar başa çatdırıldıqdan sonra ekspert rəyini, tədqiqat 

obyektlərini və  iş materiallarını  məhkəmə ekspertizasını  təyin etmiş 

orqana və ya şəxsə göndərilməsini təmin etmək; 

•  tədqiqatların və onların nəticələrinin gizli saxlanılması üçün 

lazım olan şəraiti təmin etmək; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin