Şakir Musayev
98
• məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxsdən
aşağıdakı hallarda bağlı xərclərin ödənilməsini tələb etmək:
o
məhkəmə ekspertizasına daxil olmuş tədqiqat obyektlərinin
nəqliyyat təşkilatında saxlanılmasına görə kompensasiya,
həmin müəssisə tərəfindən vaxtında alınmamasına görə
cərimələr istisna olunmaqla;
o
obyektlərin tədqiqatlar aparıldıqdan sonra göndərilməsi, poçt
xərcləri istisna olunmaqla;
o
müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktları ilə müəyyən edilmiş müddətdən artıq, məhkəmə
ekspertizası başa çatdıqdan sonra, tədqiqat obyektlərinin
dövlət M.T.E. və P.A. Birliyində saxlanılması;
o
həmin müəssisəyə çox təhlükəli obyektlərin daxil olmasının
nəticəsi olan partlayış, yanğın və digər ekstremal
vəziyyətlərin nəticəsinin ləğvi ilə bağlı, əgər məhkəmə
ekspertizasını təyin etmiş orqan və ya şəxs göstərilən
obyektlərlə onlara məlum xüsusi davranma qaydaları
haqqında M.T.E. və P.A. Birliyinin rəhbərliyinə məlumat
verməmişsə və ya onlar lazımi qaydada qablaşdırılmamışsa;
• məhkəmə ekspertizasının təyin olunması qərarını (qərardadı)
aldıqda, ekspertiza aparılması üçün zəruri olan materialları və
tədqiqat obyektlərini tələb etmək.
Beləliklə, ekspert idarəsinin rəhbərinin prosessual fəaliyyəti
aşağıdakı formada təqdim oluna bilər. Ekspertiza təyin olunması
haqqında qərarı yaxud qərardadı aldıqdan sonra, ekspert idarəsinin
rəhbəri ilk növbədə, qarşıya qoyulmuş sualların həmin idarənin
mütəxəssislərinin səlahiyyətinə aid olub-olmamasını, suallara cavab
verilməsi üçün mütəxəssislərin lazımi biliklərə malik olub-
olmamasını, qarşıya qoyulmuş sualların həlli üçün təqdim olunmuş
materialların və ilkin məlumatların kifayət qədər olub-olmamasını,
tədqiqatların aparılması üçün müəssisədə lazımi avadanlıqların və
digər şəraitin olub-olmamasını, ekspertizanın formasının (ilkin, əlavə,
təkrar, komisyon, kompleks) düzgün təyin edilib-edilməməyini həll
edir.
|