Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə110/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

105



 Göstərilən məhkəmə-tibbi fəaliyyətlər kompleksi qanunvericilik 

tərəfindən tənzimlənmədiyi üçün, onları qeyri-prosessual, yəni 

cinayət mühakimə icraatına aidiyyatı olmayan növ kimi qəbul etməyə 

əsas verir.  




 

Şakir Musayev  

 

106



5.1. Məhkəmə-tibbi ekspert müayinəsi 

 

Meyitlərin və canlı  şəxslərin məhkəmə-tibbi müayinəsi dövlət 



ekspert idarəsində məhkəmə-tibb eksperti vəzifəsində çalışan şəxslər 

tərəfindən icra olunduğu üçün qeyri-prosessual və yaxud 

təşkilatdaxili ekspertiza kimi qəbul edilir. 

Göstərilən fəaliyyət Səhiyyə Nazirliyinin təşkilatdaxili normativ 

sənədləri ilə  tənzimlənir və CPM-si tərəfindən nəzərdə tutulmayıb. 

Məhkəmə-tibbi müayinə istintaq yoxlamaları ilə birbaşa bağlı 

olmaqla yanaşı hüquq-mühafizə orqanlarının rəsmi tapşırıqlarına 

əsasən həyata keçirilir. Şəxsin təqsirləndirilməsi işləri üzrə canlı 

şəxslərin və zorakı ölümə  şübhə ilə bağlı meyitlərin müayinələri 

M.T.E. və P.A. Birliyində göstərilən qaydada həyata keçirilir. Bu 

müayinələr cinayətin törədilməsi faktının tezliklə  təyin edilməsində, 

cinayət işinin qaldırılması məsələsinin həllində, eləcə də cinayətlərin 

və qanun pozuntularının profilaktikasının istiqamətləndirilməsinin 

müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. 

Nəzərə alınmalıdır ki, cinayət işi qaldırılmırsa, məhkəmə-tibbi 

ekspertizanın keçirilməsi haqda qərar qəbul edilmir. Belə halda 

meyitin müayinəsi hüquq mühafizə orqanlarının təliqəsinə  əsasən 

aparılır. Bu halda tədqiqatların keçirilməsi üçün kifayət qədər hüquqi 

əsasın olub-olmaması problemi yaranır. 

Qanunvericiliyə görə dövlət məhkəmə-ekspert idarəsinin 

vətəndaş  və hüquqi şəxslər: səhiyyə müəssisələri, sığorta qurumları, 

hüquq-mühafizə orqanları  və  vəkillər üçün ekspert müayinələrini 

keçirməyə hüququ var. Qanun ekspert müayinələrinin yalnız 

müqavilə əsasında aparılmasına icazə verir. Deməli, müayinə obyekti 

meyit olarsa, mərhumun ölümündən qabaq istəyi və ya onun qanuni 

təmsilçisinin istəyi nəzərə alınmalıdır. Bunun üçün ekspert 

idarəsində, həmin idarənin rəhbəri tərəfindən təsdiqlənmiş, meyitin 

məhkəmə-tibbi müayinəsinin keçirilməsinə dair sifariş-blankının 

olması  məqsədəuyğundur. Belə blankda müayinənin həcmi, təxmini 

ödəniş, müddəti və  dəfn mərasiminə aid digər  əlavə xidmətlərin 

göstərilməsinə dair şərtlər ola bilər. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin