Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə106/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   516
 

Şakir Musayev  

 

102



aparılması  tələb olunmursa, müstəntiqin özünün müayinə etmək 

hüququ var. Aydındır ki, müstəntiqin müəyyən həcmdə  məhkəmə-

tibbi biliklərinin, məsələn, zədələrin  əsas növləri haqqında və bu 

bilikləri tətbiq etmək üçün praktiki vərdişlərinin olması  nəzərdə 

tutulur. 

Meyitə  aşkar olunduğu yerdə baxış  təcrübəsi göstərir ki, bu 

istintaq hərəkətində məhkəmə-təbabəti sahəsində mütəxəssisin yaxud 

digər həkimin iştirakı mümkün olmayan hallarda, onların 

funksiyalarını faktiki olaraq müstəntiq öz üzərinə götürür, meyitə 

baxış keçirərək meyit əlamətlərinin vəziyyətini, xəsarətlərin, bioloji 

mənşəli izlərin və s. olmasını fiksə edir. Eyni ilə belə olaraq, istənilən 

prosessual hərəkətin planlaşdırılması, hazırlığı  və icrasında 

(ekspertizanın icrası istisna olunmaqla) müstəntiqin öz biliklərinin 

kifayət etməsinə  əmin olaraq mütəxəssisin cəlb olunmasını  zəruri 

hesab etməyərək şəxsi biliklər istifadə etmək hüququ var. 

Nəhayət, məhkəmə-tibbi ekspertizasının təyin olunmasında və 

ekspert rəyinin qiymətləndirilməsində müstəntiqin məhkəmə-təbabəti 

sahəsində biliyini tətbiq etməsi mümkünlüyü, hətta vacibliyi şübhə 

doğurmur. Müstəntiqin işin istintaqının gedişində xüsusi bilikləri 

tətbiq etməsinin  əsasını, istintaq işçilərinin hazırlığında məhkəmə-

təbabəti və kriminalistika kurslarının dərs proqramına daxil edilməsi 

təşkil edir. Ekspert idarələrində hüquq-mühafizə orqanları ilə 

qarşılıqlı  əlaqənin təşkili üzrə  işin  əsas istiqamətlərindən biri 

məhkəmə-tibbi ekspertiza suallarına dair prokuror və müstəntiqlərin 

xüsusi hazırlığın planlaşdırılması və aparılmasıdır. 

Müstəntiqin hüquqi yox, xüsusi biliklərdən istifadəsinə yol verən 

şərtlər qismində hüquq ədəbiyyatlarında iki şərt irəli sürülür. Birinci - 

onun xüsusi biliklərinin əsasında nəticə deyil, konkret, gözlə görünən 

fakt olmalıdır, məsələn,  əvvəl görünməmiş qan ləkəsinin xüsusi 

kimyəvi reaksiyalarla yaxud lüminessensiyanın köməyi ilə  aşkar 

olunması, meyit əlamətlərinin dinamikasının nümayişi və s. İkinci 

şərt ondan ibarətdir ki, müstəntiq tərəfindən aşkar olunmuş fakt 

istintaq hərəkətinin nə hüquqi, nə  də digər xüsusi biliklərə malik 

olmayan bütün iştirakçılarının, o cümlədən hal şahidlərinin başa 

düşülməsi üçün aydın olmalıdır.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin