Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə105/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

101



4.4 Məhkəmə-tibbi biliklərin 

müstəntiq (məhkəmə) tərəfindən tətbiqi. 

 

Müstəntiqin (məhkəmənin) xüsusi biliklərdən, o cümlədən 



məhkəmə-təbabəti sahəsindəki biliklərdən istifadə etməsinin 

mümkünlüyünə CPM-də birmənalı cavab verilmir. Ədəbiyyat 

mənbələrində  də bu barədə  əks rəylər söylənilir. Qanun müxtəlif 

sübutetmə subyektlərinə bölünmüş funksiyaların bir şəxsdə 

birləşdirilməsinə yol vermir: Xüsusən bir tərəfdən müstəntiqin yaxud 

hakimin funksiyaları, digər tərəfdən isə mütəxəssisin yaxud ekspertin 

funksiyaları. Qanunvericiliyə  əsasən təhqiqatçı, müstəntiq, prokuror 

yaxud hakim işdə mütəxəssis yaxud ekspert kimi iştirak etmişsə, o 

istintaq apara bilməz və onlardan etiraz olunmalıdır. Eyni zamanda iş 

üzrə keçmiş müstəntiq, istintaqın gedişinə  nəzarət edən prokuror 

yaxud hakim həmin iş üzrə mütəxəssis yaxud ekspert kimi iştirak edə 

bilməz - bu o dərəcədə aydındır ki, prosessual şərh olunması  tələb 

olunmur. 

Bir qrup alimlər belə hesab edir ki, müstəntiqin işin istintaqı 

gedişində hüquqi biliklərindən kənara çıxan xüsusi bilikləri tətbiq 

etməsi yol verilməzdir və qanuna ziddir. Bu tələbin pozulmasına isə 

müstəntiqə etiraz üçün bir əsas kimi baxılır. Bununla belə, CPM-nin 

bir sıra maddələrində dolayı yolla müstəntiqin öz ixtisas biliklərindən 

kənara çıxan bilikləri, bacarığı  və  vərdişləri tətbiq etməsinin 

mümkünlüyü nəzərdə tutulur. CPM-də istintaq hərəkətinin icrasında 

maddi sübutların, cinayət izlərinin aşkar olunması, fiksasiyası  və 

götürülməsi üsullarının və texniki vasitələrin tətbiq edilməsinə icazə 

verilir. Qanunun bu normalarına görə, müstəntiqin özünün hüquq və 

ixtisas biliklərindən kənara çıxan xüsusi texniki vasitələr və metodları 

tətbiq etməsinə və həmçinin sərbəst olaraq onların köməyi ilə alınmış 

nəticələrin protokolda təsbit edilməsinə yol verilir. 

Qanunvericiliyə  əsasən təqsirləndirilən,  şübhəlin və  zərərçəkmiş 

şəxsin və ya şahidin bədənində cinayət izlərinin və ya xüsusi 

əlamətlərin olmasını, iş üçün əhəmiyyətli olan digər  əlamətlərin 

olmasını müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizanın 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin