Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə103/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

99



Qərarın məzmunu və ekspertizanın təyin olunma üsulu 

qanunvericiliklə müəyyən edilmişdir və CPM-nin tələbləri 

pozulmuşsa, vəzifəli şəxs üçün qərar öz mütləq xarakterini itirir. Bu 

halda ekspertizanın aparılması mənasını itirir. Qanunun pozulması ilə 

alınmış sübutların hüquqi qüvvəsi olmadığı üçün iş üzrə sübutun 

əsasını  təşkil edə bilməz. Bu halda daxil olmuş materiallar ekspert 

idarəsinin rəhbəri tərəfindən müstəntiqə yaxud məhkəməyə 

ekspertizanın icraata götürülməsinin mümkünsüzlüyünü izah etməklə 

müşayiət məktubu ilə geri qaytarıla bilər.  Əgər idarədə konkret 

ixtisas üzrə mütəxəssis yaxud tədqiqat aparılması üçün şərait 

olmadıqda, ekspertizanı  təyin etmiş  şəxsə  və ya orqana məlumat 

verməklə, qərar icrasız geri qaytarılır. 

Əlavə materialların təqdim olunmasına ehtiyac yarandıqda 

müstəntiqə yaxud məhkəməyə yazılı sorğu göndərilir və 

ekspertizanın icrası isə dayandırılır. 

Ekspertizanı icraata qəbul etdikdə, ekspert idarəsinin rəhbəri 

ekspertiza aparacaq struktur şöbəni müəyyən edir. Ekspertizanı bir və 

ya bir neçə ekspertə  həvalə edir, təşkilatçı eksperti və ya ekspert 

komissiyasının tərkibini müəyyən edir və bu barədə müstəntiqi 

məlumatlandırır. Ekspertə yaxud ekspert komissiyasına hüquq və 

vəzifələrini izah edir və bilə-bilə yalan rəy verməyə görə cinayət 

məsuliyyəti daşıması barədə xəbərdar edir. 

Ekspertizanın icrası prosesində ekspertiza idarəsinin rəhbəri 

tədqiqatların ardıcıllığını  və  səmərəli qaydalarını, ekspertlərin və 

ekspert müəssisələrinin qarşılıqlı  əlaqəsini müəyyən edir. 

Tədqiqatların aparılması üçün zəruri şəraiti (o cümlədən avadanlıqlar, 

cihazlar, informasiya təminatlı vasitələri və materialları), 

mütəxəssislərin texniki təhlükəsizlik və sanitar normalara əməl 

olunması  şəraitini, təqdim olunmuş obyektlərin və materialların 

saxlanma şəraitini təmin edir. Tədqiqatların müddətinə, tamlığına və 

keyfiyyətinə nəzarət edir. 

Dövlət məhkəmə ekspertiza idarəsinin rəhbərinin ekspertə 

konkret məhkəmə ekspertizası üzrə onun nəticələrinin məzmununu 

qabaqcadan müəyyən edən göstərişlər vermək hüquqi yoxdur 

(D.M.E.F.H.Q. maddə 9). Eksperti ekspertizanın icrasından 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin