Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə99/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   516
 

Şakir Musayev  

 

94



4.2. Mütəxəssisin dindirilməsi. 

 

 Xüsusi  biliklərdən istifadə olunmanın bir növü kimi, mövcud 

təcrübədə mütəxəssisin dindirilməsi cinayət mühakimə icraatında 

müstəntiqin məhkəmə-tibbi biliklərdən istifadə etməsinin sərbəst və 

əlavə prosessual formasıdır.  

İbtidai və  məhkəmə istintaqının gedişində mütəxəssisin 

dindirilməsinin mümkünlüyü mövcud qanunvericilikdə  nəzərdə 

tutulmuşdur. Bu normalara əsasən, təhqiqatçı  və müstəntiq sərbəst 

olaraq istintaq hərəkətinin aparılması barədə  qərar qəbul edir, 

xüsusən iş üzrə müəyyən edilməli hallar barədə  məlumatı olan 

istənilən şəxsi ifadə vermək üçün dindirməyə çağırmağa hüququ var. 

Əvvəl istintaq hərəkətində iştirak etmiş mütəxəssis də belə şəxslərdən 

ola bilər.  

İstintaq hərəkətlərində mütəxəssis qismində  iştirak etmiş  şəxsin 

məhkəmədə dindirilməkdən imtina etməyə hüququ yoxdur. 

Mütəxəssis onun iştirak etdiyi istintaq hərəkətinin gedişi zamanı 

aşkar olunmuş, təsbit edilmiş  və götürülmüş sübutlar barədə, 

prosessual hərəkətlərin yerinə yetirilmə  şəraiti ilə bağlı istənilən 

halların dəqiqləşdirilməsi üçün dindirilə bilər. Müstəntiq ekspertin 

yaxud mütəxəssisin funksiyalarına dair istənilən məsələlər üzrə 

mütəxəssisi dindirə bilər. Məsələn, ekspert üçün sualların tərtib 

olunması  zərurəti olduqda. Əgər dindirmə predmeti mütəxəssisin 

istintaq hərəkətində  iştirakı  çərçivəsindən yaxud xüsusi biliyindən 

kənara çıxırsa, onun dindirilən  şəxs kimi prosessual statusu da 

dəyişir. 

Hüquqi mənbələrdə bilikli şəxsin dindirilməsinə xüsusi 

biliklərdən istifadə olunmanın daha bir variantı kimi baxılır. 

Hüquqşünasların fikrincə, bilikli şəxslərin özünəməxsus əhəmiyyətli 

üstünlükləri var. Bilikli şahidlərin ifadələrindəki konkret faktlar

onun xüsusi biliyi mövqeyindən həmin faktlar əsasında gəldiyi 

fikirlər və  nəticələr sübut kimi olduqca əhəmiyyətli ola bilər. 

Məhkəmə-təbabəti sahəsində istənilən mütəxəssis müxtəlif təsadüfi 

hallarda cinayətin, bədbəxt hadisənin  şahidi ola bilər. Aydındır ki, 

belə hallarda o işdə mütəxəssis qismində  iştirak edə bilər, ancaq 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin