Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə95/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   516
 

Şakir Musayev  

 

90



müqayisədə  məhdudlaşır. Təcrübədə müstəntiqin mütəxəssisin 

müraciət və  məsləhətlərinin yerinə yetirilməsindən imtina etməsi 

hallarına demək olar ki, rast gəlinmir. 

Prokurorun, müstəntiqin, təhqiqat orqanının, təhqiqatçının və 

məhkəmənin mütəxəssisi çağırması barədə  tələbi mütəxəssisin 

işlədiyi müəssisənin, idarənin, təşkilatın rəhbəri üçün mütləqdir. Əgər 

mütəxəssisin göndərilməsinin mümkün deyilsə, idarənin rəhbəri 

müstəntiqi bu barədə yazılı formada məlumatlandırmalıdır. 

Köhnə CPM-nə görə müstəntiqin mütəxəssisi çağırması hüququ 

mütləq deyildir. O, mütəxəssisi cinayət-prosessual məcəlləsinin 

nəzərdə tutduğu və istintaqın maraqları ilə bağlı hallarda çağıra 

bilərdi. Bəzi hüquqşünas alimlər hesab edirdilər ki, bu müstəntiqin 

hüquqlarını  məhdudlaşdırır.  İstintaqın gedişi zamanı xüsusi 

biliklərdən və elmi-texniki vasitələrdən istifadə olunmasına mane 

olurdu. Belə ki, qanunda bir sıra istintaq hərəkətlərinə (dindirilmə, 

tanınmaya təqdim olunma, ifadənin yoxlanılması və s.) mütəxəssisin 

cəlb edilməsi ümumiyyətlə  nəzərdə tutulmamışdır. Yeni CPM-nin 

qəbul olunması ilə mütəxəssisin prosessual hərəkətlərə  cəlb 

edilməsinə maneələr praktiki olaraq aradan götürülübdür. CPM-nin 

müvafiq maddəsinə görə isə ibtidai istintaqın gedişində, istintaq 

hərəkətlərinin istiqaməti və icrası barədə bütün qərarları müstəntiq 

sərbəst qəbul edir, onun qanuni və vaxtında aparılmasına tam 

məsuliyyət daşıyır. 

Qanun istintaq hərəkətində  iştirak etmək üçün hansı sahənin 

mütəxəssisinin cəlb olunmasına müxtəlif cür yanaşır. Xüsusi 

biliklərdən istifadə olunmanın mümkünlüyünü nəzərdə tutan qanunun 

bir sıra normalarında, ümumiyyətlə mütəxəssis iştirakından, yəni 

onun peşəsinin və ixtisasının qeyd olunmamasından danışılır. 

Məsələn, şəxsin axtarışını nəzərdə tutan CPM-nin 244.3 maddəsində 

«müvafiq mütəxəssisin» çağırılması, CPM-nin 275.3 maddəsində isə 

müqayisəli tədqiqatlar üçün nümunələrin götürülməsi məqsədilə 

«mütəxəssis» çağırılması barədə danışılır. Digər normalarda isə 

bilikli şəxsin peşəsi, məsələn, həkim olması göstərilir (CPM, maddə 

238.4, «şəxsi müayinə»). Başqa variantda isə - bilikli şəxsin ixtisası 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin