Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
93
açıq aparılan məhkəmə araşdırmasından fərqli olaraq, ibtidai
istintaqın gedişində aşkarlığa qanunla ciddi məhdudiyyətlər həddində
yol verilir. Prosessual hərəkətlər zamanı məlum olmuş məlumatların
müstəntiqlə razılaşmadan mütəxəssis tərəfindən aşkarlanması
istintaqın gedişini əhəmiyyətli çətinləşdirə bilər. Vətəndaşların
hüquqları və qanuni maraqlarının pozulmasına səbəb ola bilər.
Nəzərə almaq lazımdır ki, istintaq məlumatlarını yaymanın qadağan
edilməsi barədə mütəxəssisin məsuliyyət daşıması əvvəlcədən
xəbərdar edildiyi halda olur.
Mütəxəssis cinayət mühakimə icraatının iştirakçısı olmaqla, ona
cinayət hüququnda sərbəst prosessual şəxs kimi baxılmır.
Mütəxəssisin fəaliyyəti tabeçilik xarakteri daşıyır. Onun iştirakı
hüquqi və təşkilati baxımdan istintaq hərəkətinin rəhbəri tərəfindən
müəyyənləşdirilir. Bütün hərəkətlərini, digər iştirakçılara müraciətini
mütəxəssis ancaq təhqiqatçının, müstəntiqin, prokurorun yaxud
məhkəmənin göstərişi, onların icazəsi ilə və onlarla razılaşdırılaraq
həyata keçirir. Bununla belə, qanunvericilik mütəxəssisin və
ekspertin hüquqlarını məhdudlaşdıran təhqiqatçının, müstəntiqin,
prokurorun yaxud məhkəmənin istənilən hərəkətindən
(hərəkətsizliyindən) və qərarından şikayət etməyin mümkünlüyünü
göstərir. Şikayət prokurora və ya məhkəməyə edilir. Şikayət yazılı və
ya şifahi ola bilər. Şifahi şikayətlər istintaq hərəkətinin protokoluna
əlavə edilir.
İstintaqı və ya məhkəmə araşdırmasını aparan şəxs və ya
orqandan başqa cinayət mühakimə icraatına mütəxəssisin cəlb
edilməsi hüquqi müdafiəçiyə də verilmişdir. Mütəxəssis müdafiəçi
tərəfindən müqavilə əsasında, hüquqi yardım göstərilməsi ilə bağlı
suallara aydınlıq gətirmək üçün, o cümlədən CPM-nin 96-cı
maddəsində nəzərdə tutulduğu kimi digər funksiyaları yerinə
yetirmək üçün cəlb edilir.
|