Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə101/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

97



•  məhkəmə ekspertizasının icrası  və  təşkili ilə  əlaqədar ona 

məlum olmuş  təlimatları, o cümlədən vətəndaşların konstitusion 

hüquqlarını  məhdudlaşdıra bilən məlumatları, eləcə  də dövlət, 

kommersiya yaxud qanunla mühafizə olunan digər sirrlər olan 

məlumatları yaymamaq; 

•  tədqiqatlar aparılması üçün zəruri  şəraiti təyin etmək: 

avadanlıqlar, cihazlar, informasiya təminatlı vəsaitləri və materialları 

əldə etmək; texniki təhlükəsizlik qaydalarına və istehsalat 

sanitariyasına əməl etmək; 

•  təqdim olunmuş  tədqiqat obyektlərinin və  iş materiallarının 

qorunub saxlanılmasını təmin etmək. 

Dövlət məhkəmə-ekspert idarəsinin rəhbərinin hüquqları 

D.M.E.F.H.Q.-nun 9-cu maddəsi və CPM-nin 269-cu maddəsi ilə 

müəyyən edilmişdir. Rəhbərin hüququ var: 

•  idarədə konkret ixtisas üzrə ekspert, zəruri maddi-texniki baza 

yaxud tədqiqat aparılması üçün xüsusi şərait olmadıqda, məhkəmə 

ekspertizası təyin olunması barədə qərarı (qərardadı) icra edilmədən 

tədqiqata təqdim edilmiş obyekt və işin materialları ilə birlikdə geri 

qaytarmaq. Qərarı və təqdim olunmuş materialları müşayiət məktubu 

ilə ekspertizanı  təyin etmiş  şəxsə  və ya orqana qaytarır. Məktubda 

qaytarılmanın səbəbləri göstərilməlidir. 

•  ekspertizanın hansı ekspertə, o cümlədən hansı formatda 

(təkbaşına, yaxud komisyon) həvalə edilməsi sualını həll etmək; 

•  rəy verilməsi üçün zəruri biliyə ehtiyac yarandıqda bu 

idarənin əməkdaşı olmayan şəxslərin ekspert qismində iştirakı barədə 

məhkəmə ekspertizasını  təyin etmiş orqan və ya şəxs qarşısında 

vəsatət qaldırmaq;  

•  məhkəmə ekspertizasının təyin edilməsi qərarında yaxud 

qərardadında göstərilmiş müəssisələrin iştirakı ilə  məhkəmə 

ekspertizasının aparılmasını təşkil etmək; 

•  məhkəmə ekspertizasının aparılması və təşkili ilə bağlı hüquq 

və vəzifələrinin bir hissəsini öz müavininə, həmçinin rəhbərlik etdiyi 

idarənin struktur bölmələrinə vermək; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin