Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə104/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   516
 

Şakir Musayev  

 

100



kənarlaşdırmaq və ya ekspertizanı digər ekspertə verməyi rəhbər 

ancaq müstəntiqlə (təhqiqatçı, məhkəmə) razılaşdıqdan sonra və 

xüsusi hallarda edə bilər, məsələn, ekspertin xəstəliklə, yaxud 

məzuniyyətlə bağlı uzun müddət işdə olmaması və sairə. 

Ekspertizanın keyfiyyətinə  nəzarət qaydasında ekspertiza 

idarəsinin rəhbəri bunları yoxlamağa borcludur:  

•  tədqiqatların aparılmasında və onların nəticələrinin tərtibində 

prosessual və digər qanunların tələblərinə əməl olunmasını;  

•  tədqiqatların tamlığının və gedişinin yazılmasını;  

•  tədqiqat metodlarının adekvatlığını;  

•  qarşıya qoyulmuş suallara cavabların tamlığını  və ekspertin 

peşəkar səlahiyyəti həddinə əməl etməsini;  

•  ekspertizanın müəyyən edilmiş icra müddətinə  əməl 

olunmasını. 

Ekspertin nəticələri ilə razılaşmadığı hallarda və ekspertizanın 

icrasında pozuntular olduqda, ekspert idarəsinin rəhbəri, öz fikirlərini 

yazılı  tərtib edib, müvafiq təkliflərlə  məhkəmə ekspertizasını  təyin 

etmiş  şəxsə göndərmək hüququna malikdir. Əgər müstəntiq 

məktubda göstərilən faktların cinayət işi üçün əhəmiyyətli olduğunu 

hesab edərsə, o məktubu prosessual statuslu sənəd kimi işə tikilir.  

Ekspertiza başa çatdıqdan sonra ekspertiza idarəsinin rəhbəri 

ekspert rəyini, obyektləri və digər materialların müstəntiqə 

(məhkəməyə) vaxtında göndərilməsini təşkil edir. Qanunun müəyyən 

etdiyi hallarda ekspertizanın icrası ilə bağlı  sərf edilmiş  xərclərin 

ödənilməsini tələb edir. Prosessual xərclər büdcə  vəsaiti yaxud 

məhkəmə icraatı iştirakçılarının vəsaiti hesabına aparılır.  

Hüquq-mühafizə orqanları  və cinayət mühakimə icraatının digər 

iştirakçıları ilə adekvat qarşılıqlı  əlaqə  səviyyəsini təmin etmək 

nöqteyi-nəzərindən məhkəmə-ekspert idarəsinin rəhbərinin fəaliyyəti 

məhkəmə-ekspert fəaliyyətinin  ən vacib prosessual formalarından 

biridir. Rəhbərin öz funksiyalarını düzgün və dolğun yerinə 

yetirməsi, ekspert rəyinin müstəntiq və  məhkəmə  tərəfindən iş üzrə 

bir sübut növü kimi qəbul edilməsi çox asılıdır. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin