5.3. Məhkəmə-ekspert idarəsinin
məlumat-arayış fəaliyyəti.
Məhkəmə-tibbi ekspertiza idarəsinin arayış və məlumatverici
fəaliyyəti idarənin ixtiyarında olan ekspert materialları və ya
ekspertiza işlərinə aid digər məlumatlardan istifadə edərək sənədlərin
hazırlanmasından ibarətdir. Bu məlumat fakt üzrə öncə müayinə
aparılmış yaxud ekspert rəyi verilmiş cinayət işində əhəmiyyətli olan
hallara və konkret cinayət işinin istintaqına aidiyyatı olmayan hallara
dair ola bilər. Ekspert idarəsinə hüquq-mühafizə orqanları, hüquqi və
fiziki şəxslər tərəfindən ekspert sənədlərinin hərəkətini, maddi
sübutların olduğu yeri öyrənmək üçün sorğular, axtarılan şəxsin arxiv
və məlumatların elektron bazaları üzrə axtarışının keçirilməsi haqda
müraciətlər və tapşırıqlar daxil olur. Sorğu və tapşırıqlara ekspert
təcrübəsinin xüsusi analitik işlənilməsinin keçirilməsini, müxtəlif
dövlət strukturlarına, həmçinin hüquq-mühafizə orqanlarına və digər
qurumlara ünvanlanan, ekspert idarəsinin işinin nəticələri üzrə
statistik məlumatlarIn tərtib edilməsini daxil etmək olar.
|