Şakir Musayev
110
istifadə oluna bilər.
5.5. Məhkəmə-tibbi xidmətin hüquq-mühafizə
orqanları ilə qarşılıqlı əlaqəsi.
Hüquq-mühafizə fəaliyyətin məhkəmə-tibbi təminatının qeyri-
prosessual formalarına məhkəmə-tibbi xidmətin cinayət mühakimə
icraatı iştirakçıları və ilk növbədə hüquq-mühafizə orqanları ilə
qarşılıqlı əlaqəsinin təşkili üzrə tədbirlər sistemini aid etmək olar.
Qarşılıqlı əlaqənin konkret istiqamətləri və təcrübi formaları 6 №-li
sxemdə təqdim olunur. Bunlar qarşılıqlı əlaqənin elmi-praktiki
sistemini əmələ gətirir. Fikrimizcə bu sistemə məhkəmə təbabətində
məhkəmə-tibbi fəaliyyətin hüquqi-təşkilati əsaslarının tərkib hissəsi
kimi baxılmalıdır.
Təqdim olunan sistem sxemdə ayrı-ayrı məlumatın 6 əsas
istiqamətlərini birləşdirir.
qarşılıqlı əlaqə konsepsiyasının formalaşdırılması - birgə işin
ümumi prinsiplərinin, ekspertiza prosesinin və istintaqın bütün
mərhələlərində cinayət mühakimə icraatı iştirakçıları ilə qarşılıqlı
əlaqənin, həmçinin, ümumilikdə cinayət mühakimə icraatında
xüsusi məhkəmə-tibbi biliklərdən istifadənin effektlilik
göstəricilərinin qiymətləndirilməsi meyarlarının müəyyən
olunması;
ekspertiza prosesinin və məhkəmə-tibbi xidmətin cinayət
mühakimə icraatı iştirakçıları ilə qarşılıqlı əlaqəsinin hazırkı
vəziyyətinin monitorinqi;
müvəqqəti və ya daimi təşkilatlararası strukturların
(laboratoriyaların, işçi və ya elmi-məsləhətçi qrupların işinin,
kadrlardan, elmi-texniki vasitələrdən və texnologiyalardan
səmərəli istifadə məqsədilə) yaradılması və onların metodiki
təmin edilməsi;
məhkəmə-tibbi xidmətin və hüquq-mühafizə orqanlarının konkret
cinayətlərin istintaqında qarşılıqlı əlaqəsinin koordinasiyası;
qarşılıqlı əlaqənin müsbət təcrübəsinin ümumiləşdirilməsi və
tətbiqi, hüquq-mühafizə orqanlarının məhkəmə-tibbi təminatının
|