Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
113
− hüquq-mühafizə orqanlarının ekspert idarəsinə ünvanladığı
məktub, müraciət və təqdimatların təhlili.
Konkret cinayətlərin istintaqı zamanı məhkəmə-tibbi xidmətin
hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrinin koordinasiyasını
aşağıdakı tədbirlərin həyata keçirilməsi ilə tənzimləmək olar:
• müstəntiqlərə istintaq hərəkətinin keçirilməsində,
ekspertizanın təyin edilməsi və aparılması qaydalarına və
məqsədəuyğunluğuna dair məsləhətlərin verilməsi;
• ekspertizanın (istintaq hərəkətinin) birgə planlaşdırılması;
• bütün mərhələlərdə birgə praktik işin daimi razılaşdırılması;
• müstəntiqin yanında ekspertizanın icrası;
• mütəxəssislərin, müstəntiqin tapşırıqlarını vaxtında yerinə
yetirməsi;
• ekspertin (mütəxəssisin) əsaslandırılmış müraciətlərinin vaxtı-
vaxtında təmin edilməsi;
• ekspertizanın predmetinə aid olan istintaqın nəticələri barədə
və ekspertiza zamanı aşkar edilmiş istintaq üçün yeni vacib
məlumatların operativ sürətdə mübadiləsinin təşkili;
• istintaqın və xüsusi tədqiqatların gedişinin və nəticələrinin
müzakirəsi üçün birlikdə planlı işgüzar müşavirələrinin keçirilməsi;
• iş üzrə fikirlərin formalaşdırılmasına və müzakirəsinə
ekspertlərin cəlb edilməsi;
• maddi sübutların götürülməsi, qablaşdırılması, müayinə üçün
göndərilməsi və ekspertizaların icra müddətinə birgə nəzarətin təşkil
edilməsi;
• hazır ekspert rəylərinin müstəntiqə vaxtı-vaxtında
çatdırılması;
Daimi və yaxud müvəqqəti təşkilatlararası strukturların
yaradılması, maliyyələşdirilməsi, metodik təminatı və operativ
hazırlığının saxlanılması aşağıdakıların yaradılmasını nəzərdə tutur:
- laboratoriyaların (tibbi-kriminalistik, identifikasiya, ballistik,
trassoloji, tibbi-genetik, məhkəmə-kimyəvi və s.);
- ağır və seriyalı cinayətlərin istintaqı zamanı istintaq
nümayəndələrinin və məhkəmə-tibbi ekspertlərin (məhkəmə təbabəti
|