Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə125/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

121



Mütəxəssisin vəzifələrindən, konkret obyektlərdən və istifadə 

olunan iş metodlarından asılı olaraq onun iştirak etdiyi bütün 

prosessual hərəkətləri də 4 qrupa bölmək olar: axtarış-təsviri,  şifahi 

(dil cavabı, imzasız), təcrübi və qarışıq. 

Axtarış-təsviri prosessual hərəkətlər qrupuna baxış (meyitə, 

hadisə yerinə, sənədlərə  və digər obyektlərə), müayinə, axtarış  və 

götürmə aiddir. Qanun bu prosessual hərəkətlərin əksəriyyətini ilkin 

kimi müəyyən edir və çox vaxt cinayət baş verdikdən dərhal sonra 

(«isti-isti») keçirilir. Hazırlıq üçün vaxt və informasiya azlığı bu 

prosessual hərəkətlərin, o cümlədən mütəxəssis iştirakının 

planlaşdırılmasını  çətinləşdirir.  Əlavə  çətinliklər, mütəxəssisin 

işləməsi üçün əlverişli  şərait olmadıqda - obyektlərə yol tapmaq 

çətinləşdikdə, xarici-əlverişsiz faktorların (hava, işıqlanma və s.) 

təsiri, izləri gizlətmək üçün cinayətkarın istifadə etdiyi müxtəlif 

üsullar nəticəsində yaranır. 

Mütəxəssis, maddi əşyaların və izlərin müxtəlif çeşidləri ilə 

rastlaşır. Buna görə  də, xüsusi texniki vasitələrdən istifadə etmənin 

və ya hər hansı dar ixtisas sahəsindən mütəxəssisin cəlb olunması 

vacibliyini qabaqcadan görmək mümkün olmur (məsələn, tibbi-

kriminalist, məhkəmə-bioloq, kimyaçı  və digərləri). Bu hal öz 

növbəsində, bəzən baxışın, axtarışın, müayinənin  əlavə  və  təkrar 

keçirilməsinə gətirib çıxarır. 

Mütəxəssisin işində axtarış-tədqiqat və yardımçı-texniki 

funksiyaları ön plana çıxır. Onun əsas vəzifəsi axtarışda, prosessual 

təsbitetmədə və işə aid olan iz və obyektlərin, yəni maddi sübutların 

prosessual statusuna malik ola bilən predmetlərin, sənəd və əşyaların 

götürülməsində müstəntiqə kömək göstərməkdir. Mütəxəssis işinin 

əsas məzmunu və  iş metodları istintaq hərəkətləri qrupunun 

ümumiləşdirilmiş adında öz əkslərini tapmışdır. Buna müşahidə, 

axtarış, lazımi ölçülərin, hesablamaların aparılması  və  təsviretmə 

aiddir. Məhkəmə-təbabəti sahəsində mütəxəssis, səlahiyyəti 

çərçivəsində peşə biliklərindən, təcrübə  vərdişlərindən və müvafiq 

texniki vasitələrdən istifadə edərək, iş üçün əhəmiyyət kəsb edən 

faktiki məlumatların istintaq hərəkətinin protokolunda sistematik və 

nizamlanmış  şərhini təmin etməkdə müstəntiqə kömək etməlidir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin