Şakir Musayev
122
Mütəxəssis fəaliyyətinin məzmunu və təyin olunmuş faktların
mahiyyəti haqqında sistematik və nizamlanmış şərh, müstəntiq və
digər iştirakçılarda, sonrakı etaplarda isə məhkəmədə dəqiq və aydın
təsəvvürün yaranmasına şərait yaradır.
Şifahi prosessual hərəkətlərə dindirilmə və üzləşdirməni aid
etmək olar. Onlar ayrı-ayrı qruplara ayırmağa mütəxəssis
fəaliyyətinin obyektinin özünəməxsusluğu imkan verir.
Bu prosessual hərəkətlərdə iştirak edən məhkəmə-həkiminin
vəzifəsi dindirilən şəxsdən iş üçün əhəmiyyətli olan fakt və şəraitlər
barədə tam və doğru məlumatlar alınmasında müstəntiqə yardım
etməkdən ibarətdir. Bəzən dindirilən şəxs məlumatları gizlətməyə
çalışır, bəzən də onlara xüsusi əhəmiyyət vermir, müəyyən
səbəblərdən çətinlik çəkir və ona məlum olan faktları olduğu kimi
ifadə edə bilmir. Məhkəmə-təbabəti və ümumiyyətlə tibbi sahədə
kifayət qədər biliyi olmayan müstəntiq və ya məhkəmə üzvləri xüsusi
sualların sərbəst həll edilməsində çətin vəziyyətə düşə bilər. Adətən,
dindirilən tibb işçisinin verdiyi məlumatların əhəmiyyətini
qiymətləndirə bilmırlər. Mütəxəssis, dindirilənə verilən sualların
düzgün tərtib edilməsində müstəntiqə və ya məhkəməyə köməklik
göstərir və özü suallar verir. Sorğu zamanı alınan məlumatlar xüsusi
tibbi anlayış və terminlərdən istifadə edilməklə şərh edildikdə,
mütəxəssisdən cavabları izah etmək, aydınlaşdırmaq, dindirilmənin
gedişində müstəntiq və məhkəməyə verdikləri suallara dair məlumat
xarakterli açıqlamalar verə bilər. Mütəxəssis dindirilən şəxsin
ifadələrini işin digər materialları ilə, həmçinin keçirilmiş tədqiqatların
nəticələri ilə uyğunlaşdırıb müqayisə edərək, onun sübutedici
əhəmiyyətinin təyini üçün mühüm olan, dindirmənin gedişində alınan
məlumatların əhəmiyyətini və doğruluğunu düzgün qiymətləndir-
məkdə müstəntiqə kömək edə bilər.
Göründüyü kimi, burada mütəxəssisin əsas funksiyası məlumat-
konsultativ fəaliyyətdir, onun əsas iş metodları isə - sorğu,
tutuşdurma, müqayisə etmə və ümumiləşdirmədir. Mütəxəssis işinin
sadalanan xüsusiyyətləri, dindirilmə və üzləşdirmə prosesləri
gedişində, ekspertdən xüsusi peşə biliklərindən əlavə, düzgün və
məntiqi düşünməyi tələb edir. Dindirilmədə iştirakın özünə xas
|