Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə123/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

119



Ardıcıllıq - istintaq hərəkətlərinin hazırlanmasında, keçirilmə-

sində, sənədləşdirilməsində  və  nəticələrinin qiymətləndirilməsində 

mütəxəssisin ardıcıl iştirakıdır. 

Planlaşdırma - mütəxəssisin ilkin analizləri  əsasında istintaq 

hərəkətinin gedişində  şərtlərin və  iştirak qaydalarının, cinayət 

hallarının, hadisə yerləri  şəraitlərinin, iş üzrə  əvvəllər aparılmış 

ekspertiza və  tədqiqatların nəticələrinin, mütəxəssisin fəaliyyət 

predmetinə aid olan digər məlumatların maksimal tam qeydiyyatıdır. 

Mütəxəssisin istintaq hərəkətində  iştirakına məqsədyönlü və 

təşəbbüskar yanaşma - istintaqın qoyduğu məsələlər və konkret 

halların xüsusiyyatlarının qeydiyyatına  əsaslanan iş metodlarının 

məqsədəuyğun seçimi; müstəntiqin göstərişlərinin passiv yerinə 

yetirilməsi və müşahidəsi deyil, iş üçün əhəmiyyətli olan faktların 

aşkarlanmasında və qiymətləndirilməsində təşəbbüskar iştirakıdır.  

Əyanilik - istintaq hərəkəti gedişində mütəxəssisin öz fəaliyyətini 

maksimum dərəcədə  aşkarlıq  şəraitində keçirməsi, lazım gəldikdə 

müstəntiqə müvafiq izahlar verməsi, müstəntiqin diqqətini istintaq 

hərəkətlərinin gedişində  və maksimal tam, dəqiq və  ətraflı olan 

nəticələrinin sənədləşdirməsinə yönəltməsi, texniki yardım 

göstərməsi, protokol və ona əlavələrin (sxemlər, foto, video, audio 

yazılar və s.) tərtibində iştirakıdır. 

Müstəntiqlə səmərəli qarşılıqlı əlaqə - prosessual hərəkətin bütün 

mərhələlərində (planlaşdırma, keçirilmə, nəticələrin qeydə alınması) 

müstəntiqlə mütəmadi  əlaqə saxlaması  və operativ məlumat 

mübadiləsi aparmasıdır. 

İstintaq hərəkəti iştirakçılarının tibbi təhlükəsizliyini təmin etmək 

məqsədilə hədd dairəsi və tədbirlərin müəyyən edilməsi: 

İstintaq sirrini qorumaq - iş üçün əhəmiyyət kəsb edən hər hansı 

bir məlumatı digər şəxsə bildirmək yalnız müstəntiqin icazəsi ilə ola 

bilər (CPM, maddə 97). 

Göstərilən müddəalarda istintaq hərəkətlərinə hazırlıq və 

keçirilməsində  əhəmiyyət kəsb edən və istintaqın mütəxəssisin 

qarşısında qoyduğu məsələlərin həllində yaxından kömək edəcək 

bütün lazımi və  səmərəli fikirlər öz əksini tapmışdır. Həmin 

müddəalara riayət etmək istintaqın marağı üçün məhkəmə-tibbi 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin